Binəqədidə obyektdə partlayış oldu - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində kafeyə ziyan dəyib, kafenin 3 nəfər işçisi xəsarət alıb.
FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
17 Yanvar 2026 10:57
Sərxanı xilas edən polis polkovnikinin adı açıqlandı - VİDEO
16 Yanvar 2026 10:40
Biləcəridə meşə məhv olur - 8 aydır tədbir görülmür - VİDEO
16 Yanvar 2026 10:02
Yük maşını ilə motosiklet toqquşdu - Rusiya vətəndaşı öldü
15 Yanvar 2026 13:30
Sabah hava necə olacaq?
15 Yanvar 2026 10:47
Universitet vəfat edən tələbələrlə bağlı məlumat yaydı
15 Yanvar 2026 10:03
Bakıda tələbə qız vəfat etdi
14 Yanvar 2026 11:52
Güclü küləyin fəsadları - Bakıda 6 ağac aşdı
13 Yanvar 2026 13:26


Bakı -°C

