adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Dekabr 2014 13:09
7563
MƏMLƏKƏT

Bilik Fondu Müəllimlər İnstitutu ilə əməkdaşlıq edəcək

Dekabrın 19-u Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) 10filialı üçün Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun təqdimatı keçirilib.

Tədbirdə AMİ-nin Mətbuat və informasiya şöbəsininəməkdaşları, TGT-nin mətbuat və informasiya şöbəsinin sədr və müavinləri,Ağcabədi, Cəlilabad, Mingəçevir, Qazax, Quba, Salyan, Şamaxı, Şəki, Zaqatala,Sumqayıt filialların direktorları, mətbuat və informasiya üzrə koordinatorlarıiştirak ediblər.

Azərbaycan Müəllimlər İnstititunun tədris işləri üzrəprorektoru Razim Məmmədov Bilik Fondunun fəaliyyətini yaxından izlədiklərinibildirib.

Bilik Fondu barəsində göstərilən filmin ardından qurumun mətbuatkatibi Ceyhun Musaoğlu və mütəxəssisiElnarə Ağaoğlu həyata keçirilənlayihələrlə bağlı ətraflı məlumat veriblər.İştirakçılar Bilik Fondununqısa vaxtda görüdyü işlərlə bağlı məlumatları maraqla qarşılayıb və növbəti layihələrdəiştirak etməyə hazır olduqlarını bildiriblər. Tədbirdə əməkdaşlığınperspektivləri barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.