adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Noyabr 2014 15:45
2928
MƏMLƏKƏT

Bilik Fondu ali məktəblərdə sislsilə görüşlər keçirir - Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında BilikFondu həftə ərzində ali təhsil ocaqlarındaprofessor-müəllim heyəti və tələbələrlə görüşlər keçirib.

Həftəninəvvəli Bilik Fondu Azərbaycan Turizmİnstitutunun qonağı olub.

Turizm İnstitutunun rektoru, tarix elmləridoktoru Cəfər Cəfərov maarifçilikmissiyası daşıyan Bilik Fondunun fəaliyyətini diqqətlə izlədiyini, həyatakeçirilən layihələrin cəmiyyətin inkişafına dəstək olduğunu bildirib. İcraçıdirektor Oktay Səmədov rəhbərlik etdiyi qurumun cəmiyyətin hər bir təbəqəsinədiqqət ayrıldığını və Fondun səmərəli təkliflərə açıq olduğunu deyib.

Fondun əməkdaşlarıAzərbaycan Turizm İnstitutunun müəllim və tələbələrinimaraqlandıran sualları cavablandırıblar.

İkincigörüş Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) olub. Tədbirdə Fondun həyata keçirdiyi layihələr haqqındaslaydlar göstərilib. Müəllim və tələbələrin suallarını cavablandıranO.Səmədov onları Fondun layihələrində fəal iştirak etməyə çağırıb. AMİ-nin rektoru, millət vəkili Aqiyə Naxçıvani təklifi müsbətdəyərləndirib.

AzərbaycanDövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən görüşdə maarifçilik missiyasının əhəmiyyətindən danışan Akademiyanın rektoru, millət vəkili Ağacan Əbiyev Bilik Fondunun fəaliyyətinin cəmiyyətininkişafındakı önəmini vurğulayıb. Fondun nizamnaməsində sağlam həyat tərzinin təbliğinə,idmanın inkişafına dəstək verilməsi ilə bağlı müddəaların əksini tapdığını xatırladan O.SəmədovAkademiyanın müəllim və tələbələri ilə bu istiqamətdə əməkdaşlığın vacibliyinivurğulayıb.

Bilik Fondununtəqdimatı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də maraqlaqarşılanıb. Universitetin Elmi vəYaradıcılıq İşləri üzrə prorektoru Məryəm Əlizadə birgə əməkdaşlıq planıhazırlamağı təklif edib. Fondun icraçı direktoru təklifdən razı qalıb və deyibki, incəsənət nümayəndələri kreativ üsullardan yararlanaraq cəmiyyətinbilgiləndirilməsi prosesini sürətləndirməyi bacararlar.

AzərbaycanRespublikasının Prezidenti yanında

BilikFondunun İnformasiya təminatı sektoru

Посмотреть увеличенное изображениеПосмотреть увеличенное изображениеПосмотреть увеличенное изображениеПосмотреть увеличенное изображениеПосмотреть увеличенное изображениеПосмотреть увеличенное изображение