Bilik Fondu 6 məktəbi qardaşladırdı
Prezident yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində ölkə ərazisində 6 məktəb qardaşlaşma sazişi imzalayıb.
Bilik Fondunun İnformasiya təminatı şöbəsindən Adalet.az-a verilən məlumata görə, Bakının 190 saylı məktəbi Şəkinin 7, 145 saylı məktəbi Ağstafanın 1, BSU-nun Məktəb- Lisey Kompleksi Tovuzun Qovlar şəhər orta məktəblərinin qonağı olublar. Məktəblər arasında imzalanan "Qardaşlaşma sazişi”nin müddəları məktəblilərin müzakirəsi əsasında müəyyənləşib. Qonaqlar ev sahiblərinə hədiyyələr verib, hər iki tərəf təmsil etdikləri rayonun və məktəbin təqdimatını keçiriblər. Məktəblilər axşam saatlarında qonaq olduqları bölgəni ekskursiya edəcək, dəyirmi masa keçiriləcək, intellektual yarışmalar təşkil olunacaq. Yarışmanın qeyri-adiliyi ondadır ki, təkcə qaliblər deyil, məğlublar da mükafatlandırılacaqlar. Şagirdlər lahiyədə iştirak etdiklərinə görə, Bilik Fonduna minnətdarlıqlarını bildiriblər, təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, Bilik Fondunun "İlboyu bilik” proqramının "Qardaşlaşmış məktəblər” layihəsinin ilk mərhələsi senyabrın 15-nə qədər davam edəcək. Müxtəlif bölgələrdə yerləşən 20 məktəb qardaşlaşacaq. Sonrakı mərhələlərdə ölkədəki bütün məktəblər layihəyə cəlb olunacaq.
Digər Xəbərlər
06 May 2024 09:37
Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
05 May 2024 17:29Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13