Biləsuvarda yeniyetmə su kanalında boğuldu

Biləsuvar rayonunda yeniyetmə su kanalında boğulub.
Adalet.az xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndindən qeydə alınıb.
Kənd sakini, 17 yaşlı Quluzadə İqbal İlqar oğlu Cənub Muğan kanalının üzərindən keçən zaman körpüdən kanala düşərək boğulub.
Yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər

Kanalda batan ikinci şəxsin meyiti tapıldı

Qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlandı

Gədəbəydə dağlıq ərazidə yanğın - VİDEO
