Nazir: "Rusiya nümayəndə heyəti Azərbaycana səfər edəcək"

Rusiya nümayəndə heyəti yaxın zamanda MDB Oyunları ilə əlaqədar Azərbaycana yollanacaq.
Adalet.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev Şərq İqtisadi Forumunun sessiyalarından birində çıxışı zamanı bildirib.
"Nümayəndə heyətimiz Azərbaycana səfərə hazırlaşır. Orada MDB ölkələrinin oyunları keçiriləcək. Azərbaycanın idman naziri Fərid Qaibov məni şəxsən dəvət edib. Öz səfərimlə bağlı qərarı ayrıca qəbul edəcəyəm", - M.Deqtyarev bildirib.
Qeyd edək ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq. Yarışlar 23 idman növü üzrə 12 məkanda keçiriləcək.
Digər Xəbərlər

Azərbaycanın Bolqarıstandakı səfiri geri çağırıldı

Azərbaycan və Peru XİN-ləri arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirilib

İlham Əliyevin Çinə səfəri BAŞA ÇATDI - FOTOLAR

Sahibə Qafarova Fələstinin Azərbaycandakı səfiri ilə görüşüb

"Bu görüşlər Azərbaycana daha çox sərmayə cəlb edəcək" - Deputat

İlham Əliyev San-Marinonun regent kapitanlarını təbrik etdi

Paşinyan hakimiyyətini hansı “alverlərlə” QORUYUR? - Səxavət Məmməd yazır
