Biləsuvarda yaşayış və məktəb binası tikiləcək
Prezident İlham Əliyev Biləsuvar şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Sərəncam imzalayıb.
Adalet.az xəbər verir ki, sərəncama əsasən Biləsuvar şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.
Prezidentin digər sərəncamı ilə Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.
Digər Xəbərlər
29 Aprel 2024 18:24
Ermənistanla sərhəddə 35 dirək quraşdırılıb - RƏSMİ
29 Aprel 2024 18:00Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb
29 Aprel 2024 17:45Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub
29 Aprel 2024 17:26Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi
29 Aprel 2024 16:43