adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Iyun 2018 16:19
10039
HADİSƏ

Biləsuvarda traktor yanıb

Biləsuvar rayonunun Nərimankənd kəndində "Belarus" markalı traktorun qoşqusunun təkərləri və qoşquya yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanıb.

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ot bağlamasının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.