adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Sentyabr 2018 17:07
7428
MƏMLƏKƏT

Bəzi yollarda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Parlament prospektində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a bildirilib ki, işlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Həmçinin saat 22:00-dan başlayaraq Rixard Zorge, Kövkəb Səfərəliyeva və A.Puşkin küçələrində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri görüləcək. Bu işlər sentyabrın 13-ü səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən həmin yollarda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.