Bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətində dəyişikliklər olacaq
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi aparılacaq.
WUF13 Əməliyyat Şirkətindən Adalet.az-a verilən məlumata görə, 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.
Bildirilib ki, monitorinq çərçivəsində mayın 1-də saat 10:00–16:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq. Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.
"Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi arasında hərəkət edən H1 ekspress avtobus marşrutu fəaliyyətini normal və fasiləsiz şəkildə davam etdirəcək. Eyni zamanda, bu müddət ərzində fərdi nəqliyyat vasitələri və taksilər hava limanı ərazisinə alternativ yollar vasitəsi ilə sərbəst daxil ola və çıxa biləcəklər. Gecikmələrin qarşısını almaq məqsədilə səfərlərin öncədən planlaşdırılması tövsiyə olunur.
WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib", - məlumatda deyilir.
Digər Xəbərlər
28 Aprel 2026 19:35
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq
28 Aprel 2026 18:14
Dövlət Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
28 Aprel 2026 18:06
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
28 Aprel 2026 17:51
Fərdi məlumatların qorunması haqqında yeni qanun
28 Aprel 2026 17:43
Kamran Əliyev Mərakeşdə səfərdədir - FOTO
28 Aprel 2026 17:40
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalandı
28 Aprel 2026 17:33
Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?
28 Aprel 2026 15:56


Bakı -°C

