adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Avqust 2020 22:14
31753
DÜNYA

Beyrut partlayışı: dayə və uşaqlar belə xilas oldu - Video

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın kadrları mənzildəki mühafizə kamerasına düşüb.

Adalet.az Report-a istinadən xəbər verir ki, video sosial şəbəkələrdə yayılıb.

Videogörüntüdə partlayışı görən ailə pəncərəyə yaxınlaşıb, daha sonra isə partlayış dalğası onların binasına çarpılıb.

Görüntülərdə uşağın xəsarət alması da sezilib.

Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 154 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – ammonyak turşusu və digər maddələr partlayıb.