Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi
Türkiyənin cənub-şərqində baş vermiş şiddətli zəlzələlərlə əlaqədar ölkədə elan olunmuş ümummilli matəm səbəbilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında üzv və müşahidəçi dövlətlərin bayraqları yarıya endirilib.
Bununla Fond tərəfindən təşkilatın qurucu üzv ölkəsi Türkiyə Respublikasına və qardaş türk xalqına həmrəylik mesajı verilib.
Qeyd edilməlidir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu hadisənin meydana gəldiyi ilk saatlardan etibarən bəyanat yaymışdır.
Bəyanatda deyilir:
“Can Türkiyəmizdə, episentri Kahramanmaraş şəhərində yerləşən güclü zəlzələnin baş verməsi xəbərini böyük sarsıntı ilə qarşıladıq.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu kədərli gündə Türkiyənin yanında olduğunu bildirir, fəlakət nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa diləyir.
Fond dağıntılar altında qalan vətəndaşların sağ-salamat xilas edilməsini arzulayır, lazımi dəstəyi göstərməyə hər zaman hazır olduğunu bildirir.Dualarımız qardaş və bacılarımızladır...”
Digər Xəbərlər
02 Yanvar 2026 23:16
"Autonova" şirkəti vətəndaşı aldadıb? - 30 min verib... - VİDEO
02 Yanvar 2026 17:00
Kiberdələduzluq hallarının artması müşahidə olunur - DİN
02 Yanvar 2026 11:52
Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
02 Yanvar 2026 10:07
Bakı-Şamaxı yolunda hərəkət çətinləşdi - VİDEO
02 Yanvar 2026 08:40
Polad Həşimovun doğum günüdür
01 Yanvar 2026 18:15
Leyla və Arzu Əliyevalar ahıl şəxslərlə Yeni il süfrəsində - FOTOLAR
01 Yanvar 2026 18:03
Azərbaycanın Ermənistanın hava məkanından istifadəyə görə ödədiyi məbləğ açıqlandı
01 Yanvar 2026 10:00


Bakı -°C

