Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndidə
"Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Qarabağa səfər çərçivəsində Xankəndi şəhəri ilə tanış olublar.
Adalet.az report-a istinadən xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Xankəndi şəhərinin Zəfər meydanına gəlib. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov onlara Xankəndi şəhəri haqqında məlumat verib.
Qonaqlar sonra Qarabağ Universitetinə gəliblər. Universitetin rektoru Şahin Bayramov onlara təhsil ocağı barədə məlumat verib. Bildirilib ki, Qarabağ Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Qısa müddət ərzində universitetdə müasir tədris infrastrukturu yaradılıb. Bütün tədris binalarında əsaslı təmir işləri həyata keçirilib, auditoriya və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz olunub.
Qonaqlar universitetin auditoriyaları, laboratoriya və kitabxanasını gəzib, yaradılan şəraitlə tanış olub, tələbələrlə söhbət edib, sonra Xocalıya yola düşüblər.
Digər Xəbərlər
25 Sentyabr 2026 21:00
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetirdi - FOTOLAR
25 Sentyabr 2026 20:07
Korrupsiya barədə məlumat verənlər həvəsləndiriləcək
25 Sentyabr 2026 18:19
Prezident Administrasiyasında vətəndaş qəbulunun oktyabr CƏDVƏLİ
25 Sentyabr 2026 17:45


Bakı -°C

