adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Iyun 2019 12:48
17254
SİYASƏT

Beynəlxalq münasibətlərdə parlamentin rolu

SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmişbir çox ölkələrin təcrübəsi cəmiyyətin hər hansı bir sahəsini-demokratiya vəinsan hüquqlarının inkişafını, yaxud iqtisadi inkişafı prioritet kimi müəyyənedən ölkələrin sonda mürəkkəb və qeyri-adekvat nəticə ilə üzləşmələri barədə nəticəçıxarmağa əsas verir. Yalnız cəmiyyətin bütün sahələri, xüsusilə demokratik vəiqtisadi vektorlar, diplomatik əlaqələr paralel inkişaf etdikdə bütün sosiumundavamlı tərəqqisini təmin etmək olar. Məhz buna görə də Prezident İlhamƏliyevin siyasətində demokrtatik dəyərlərin inkişafı və implementasiyası iləyanaşı, Azərbaycan dünya iqtisadi sisteminə dərin inteqrasiyası prinsipi, iki vəçoxtərəfli diplomatik münasibətlərin inkişafı əsas yer tutur.Azərbaycanın müstəqildövlət kimi bütün sahələrdə əldə etdiyi uğurlar bu fikri tam təsdiq edir.Dünyanın inkişaf etmiş ölkələri böhrandan əziyyət çəkdiyi bir zamanda ölkəmizböyük nailiyyətlər qazanır. İqtisadiyyat inkişaf edir, cəmiyyətin bütün sahələriüzrə islahatlar davamlı həyata keçirilir, demokratik təsisatlar daha da möhkəmlənir.Bütün bunlar Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı dövlət quruculuğukonsepsiyası əsasında reallaşdırılır. Konstitusiyaya əsasən Azərbaycanın dövlətquruculuğunun təməlinə qoyulan dəyərlər inkişaf etmiş demokratik dövlətlərinkvintessensiyasını təşkil edir.Müstəqil dövlət quruculuğundan danışarkən ölkəninxarici siyasət kursuna nəzər salmamaq mümkün deyil. Ulu öndər Heydər Əliyev mürəkkəbqlobal və regional vəziyyətin mövcud olduğu, ölkə daxilində destruktiv qüvvlərinfəallaşdığı bir şəraitdə elmi cəhətdən əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirəbildi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Ulu öndər ölkəninxarici siyasətinin bütün əsas istiqamətlərini müəyyənləşdirdi. Həmin istiqamətlərüzrə siyasi-diplomatik fəaliyyətin məzmunu və məqsədini müəyyənləşdirdi. Onunkonkret tövsiyyələri və tapşırıqları əsasında xarici siyasətdə bir-birininardınca uğurlar əldə edildi.

Bu günPrezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə aparılan uğurlu və hücumxarakterli diplomatiya buna əyani sübutdur. Beynəlxalq münasibətlər sahəsindəPrezidentin fəaliyyəti Konstitusiyada müəyyənləşdirilib və prezidentrespublikaları üçün qəbul olunan standartlara uyğundur. O, Azərbaycanın xaricisiyasətinə rəhbərliyi həyata keçirir, danışıqlar aparır, beynəlxalq müqavilələrimzalayır, Ali baş komandan kimi hərbi münaqişə zamanı dövlətin qanunlarını vəbeynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə üçün silahlı qüvvələrin tətbiqini,neytrallığın elan olunmasını, saziş və sülh imzalanmasını həyata keçirir.Parlamentrespublikasında xarici siyasətin həyata keçirilməsində əsas rol hökümətin üzərinədüşür. Parlament isə beynəlxalq müqavilələrin ratifikasiya olunması ilə dövlətinxarici siyasi fəaliyyətini təmin edir. Ancaq beynəlxalq əlaqələrin (beynəlxalqhüquq normaları əsasında) rəsmi orqanı olmayan parlament birbaşa xarici ölkələrinhökumətlərinə müraciət edə bilməz. Eyni zamanda, digər ölkələrin parlamentləriilə qanunvericilik fəaliyyətində təcrübə mübadiləsində, parlamentlərarasıittifaqların işində birgə iştirak edə bilməz. Parlament Monteskyonün ayırdığıüç hakimiyyətdən birini – qanunvericilik hakimiyyətini həyata keçirir. O,xalqın mandatını almış nümayəndələrdən ibarətdir və xalqın mənafelərini ifadəedir. Dünya parlamentlərinin başlıca xüsusiyyətlərini özündə ehtiva edən Azərbaycanparlamentini – Milli Məclisi digər dövlət hakimiyyəti orqanlarından fərqləndirənbaşlıca xüsusiyyət məhz onun nümayəndəlik xarakterinin olması və qanunvericilikhakimiyyətinin yalnız bu orqan tərəfindən həyata keçirilməsidir. Bu gün tam məsuliyyətləqeyd edə bilərik ki, respublikamızda demokratik, dünyəvi və hüquqi dövlətquruculuğunun qanunvericilik bazasının yaradılmasında Azərbaycan parlamenti –Milli Məclisi öz töhfəsini verməkdədir. Azərbaycan Respublikasının parlamenti siyasisistemdə qanunvericilik institutu kimi cəmiyyətin siyasi proseslərinə güclü təsiredir. Milli Məclisin fəaliyyətində ölkənin müstəqilliyi, milli mənafeyi, millitəhlükəsizliyi əsas yer tutur. Azərbaycan Respublikasının beynəlxalq əlaqələrininmöhkəmlənməsində, dövlətlərarası münasibətlərin genişlənməsində Milli Məclisinrolu getdikcə artır.

MilliMəclisin qəbul etdiyi "Beynəlxalq xüsusi hüquq haqqında” Qanunu dövlətin beynəlxalqəlaqələrdə münasibətlərini nizamlayır. Parlamentlərarası münasibətlər beynəlxalqhüquq normaları əsasında qurulur. Həmin normalar BMT-nin nizamnaməsində,ATƏT-in Helsinki Aktında, Paris Xartiyasında, Avropa Şurasının sənədlərində öz əksinitapmışdır.Milli Məclis milli tələbata cavab verən beybəlxalq konvensiyaları qəbuledir. Konvensiyaların qəbul edilməsi parlamentin beynəlxalq aləmdə nüfuzunuartırır. Beynəlxalq konvensiyaları qəbul etmədən parlamentlərarası əalqələrinyaradılması çətin problemlərlə qarşılaşır. Parlamentlərarası əlaqələr müxtəlifformalarda təzahür edir. Ayrı-ayrı ölkələrin parlamentləri ilə ikitərəfli əlaqə,dünyanın tanınmış parlament rəhbərlərinin Milli Məclisə dəvət olunması,parlamentlərarası təşkilatlara üzv olmaq, həmin təşkilatların iclaslarındaiştirak etmək təcrübəsi geniş yayılmışdır.Azərbayca respublikasının Milli Məclisiaşağıdakı parlamentlərarsı təşkilatların işində iştirak edir: Avropa ParlamentBirliyi, ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası(AŞPA),MDB Parlament Assambleyası, Baltik Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıqtəşkilatının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının ParlamentAssambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, NATO ParlamentAssambleyası. Azərbaycan parlamenti parlamentlərarası təşkilatların yaradılmasındada fəal iştirak edir. Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq TəşkilatıParlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasınınyaradılmasında Azərbaycan Respublikası Milli Məclisinin fəal iştirakı qeydolunmalıdır. Eyni zamanda, beynəlxalq parlament təşkilatlarında Azərbaycanparlamentarilərinin apardıqları uğurlu əməkdaşlıq nəticəsində bu təşkilatlardaölkəmizin milli maraqları, xüsusilə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağmünaqişəsi ilə bağlı müsbət qərarlar qəbul olunmuşdur. Xüsusi qeyd edilməlidirki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2001 – 2003-cü illərdəölkə parlamentinin AŞPA-da nümayəndə heyətinin rəhbəri, AŞPA-nınvitse-prezidenti və büro üzvü olarkən Azərbaycanın mövcud problemləri, ölkəmizdəaparılan demokratik islahatlarla bağlı Avropa parlamentarilərinə faktlarla məlumatverir, ölkəmizin xeyrinə müsbət qərarların qəbul olunmasına nail olurdu. AŞPA-nınvitse-prezidenti kimi cənab İlham Əliyev Azərbaycan torpaqlarının işğal olunmuşərazilərində Ermənistan dövlətinin, erməni silahlı qüvvələrinin narkotik maddələrəkib-becərdiklərini, nəzarətsiz ərazilərdən narkotranzit kimi istifadə etdiklərinivə onların insan alveri ilə bağlı cinayət əməllərini rəsmi faktlarla ifşa edərək,Avropa parlamentarilərində obyektiv rəy formalaşdırmışdır. Cənab İlham Əliyevinparlament fəaliyyətində əsasını qoyduğu belə cəsarətli və hücum xarakterlidiplomatiya ənənəsi bu gün də uğurladavam etdirilir. Bu, istər beynəlxalq təşkilatlarında, istərsə də ölkələrarasıparlament əməkdaşlığında deputatlarımızın fəaliyyətində özünü göstərir.Parlamentərarası əlaqələr vasitəsi ilə iki ölkə arasında münasibətlərin inkişafetdirilməsidə bariz nümunə kimi Azərbaycan Respublikasının 1-civitse-prezidenti Mehriban Əliyevanın Milli Məclisi deputatı və Azərbaycan-Fransaparlamentlərarası işçi qrupun rəhbəriolarkən iki ölkə arasında olan əlaqələrininkişafını misal göstərmək olar.İki ölkə münasibətlərinin inkişafında Azərbaycanınbirinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlısəfiri Mehriban Əliyevanın əməyi böyük olmuşdur. Azərbaycan-Fransa parlamentlərarasıdostluq qrupunun rəhbəri kimi Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransad təşkiledilən mərasimlər, Azərbaycanın bu ölkəyə daha da yaxşı tanıdılmasına, mədəniyyətimizintəbliğinə xidmət etmişdir. Bu prosesi mənalandıran keçirilən mədəniyyət tədbirlərinintəkcə paytaxt Parisdə deyil, Fransanın məşhur şəhərlərində də təşkilolunmasıdır. Xüsusilə, Fransanın məşhur Luvr muzeyində islam mədəniyyətinə həsrolunan bölmələrin yaradılmasına ölkəmizin verdiyi dəstəklə bir daha öz əksinitapdı. Bu addım təkcə iki ölkənin mədəni-hümanitar əlaqələri ilə məhdudlaşdırmaqolmaz. Bu, həm də hər iki ölkənin dünya mədəniyyətinin mühüm parçası olan islammədəniyyətinin qorunmasına verdikləri töhfədir. Ümumiyyətlə, 1999-cu ildənetibarən Avropa ölkələri ilə parlamentlərarası əməkdaşlıq intensiv inkişaf etməyəbaşladı. Bu sahədə münasibətlərin əsas istiqamətlərində biri 2000-ci ilinaprelində ilk toplantısı keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament ƏməkdaşlığıKomitəsi çərçivəsində əməkdaşlıq təşkil edir. Parlament əməkdaşlığı Komitəsininilk iclasında "Qafqaz ölkələrinin Avropa İttifaqına üzvlüyünə doğru: AvropaParlamentindən yeni çağırış” adlı sənədin müzakirəsi münasibətlərdəki irəliləyişintəzahürü idi.

Beləlikləparlamentin fəaliyyəti Ulu öndər Heydər Əliyevin Milli İnkişaf Modelinəuyğundur. Müstəqil Azərbaycan Respublikasının parlamenti 20 ildən artıq müddət ərzindəölkəmizin daxili, ictimai-siyasi həyatında, o cümlədən ölkəmizin beynəlxalq əlaqələrininformalaşmasında müstəsna fəaliyyət göstərmişdir. Parlament öz fəaliyyətindəmüasir demokratik ənənələri və prinsipləri başlıca inkişaf prioriteti kimiqarşısına məqsəd qoymuşdur. Azərbaycan parlamenti bütün regional və beynəlxalqstrukturların aktiv iştirakçısı olmaqla, dünya dövlətlərinin qanunvericiorqanları işərisində xüsusi nüfuza malikdir. Bunu Milli Məclisin 2018-ci ildəBakıda Azərbaycan parlamentinin 100 illiyi ilə əlaqədar keçrdiyi beynəlxalq tədbirdəsəslənən fikirlərdə bir daha görmək olar. Bir sözlə, parlamentin fəaliyyəti onudeməyə əsas verir ki, dövlətimizin "Azərbaycan 2020: gələcəyə baxış” İnkişafKonsepsiyası çərçivəsində nəzərdə tutulmuş hədəflərə çatması üçünqanunvericiliyin təkmilləşdirilməsi işində, beynəlxalq hüquq normalarınınratifikasiyasında, ikitərəfli çoxtərəfli beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığıninkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.