Beynəlxalq Könüllülər Günü qeyd olunub
"ASAN xidmət” və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı, o cümlədən BMT-nin Könüllülər Proqramı, ADA Universiteti və "Coca-Cola” şirkətinin birgə tərəfdaşlığı çərçivəsində Beynəlxalq Könüllülər günü ilə əlaqədar tədbir təşkil olunub.
Adalet.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının, diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, şirkət rəhbərləri iştirak ediblər.
Öncə tədbir çərçivəsində təşkil olunan qanvermə aksiyasının və könüllülük fəaliyyətini əks etdirən sərginin təqdimatı keçirilib.
Açılış sessiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İsakzai, gənclər və idman nazirinin müavini İntiqam Babayev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, "Coca-Cola” şirkətinin Qafqaz üzrə baş meneceri Adrian Çernautan çıxış ediblər.
Sonra "Könüllülər dayanıqlı cəmiyyət formalaşdırırlar” mövzusunda təşkil olunan müsabiqə barədə iştirakçılara məlumat verilib və qaliblər mükafatlandırılıbar.
Tədbir "ASAN xidmət”, BMT, Qırmızı Aypara Cəmiyyəti, "Coca-Cola” Fondu, Skaut və Formula 1 Azərbaycan Qran Prisi könüllülərinin fəaliyyətinə dair təqdimat və sual-cavab sessiyalı Forum ilə davam etdirilib.
Sonda tədbirin təşkilində iştirak edən könüllülərin mükafatlandırılması keçirilib. Həmçinin Pirəkəşkül qəsəbəsində Beynəlxalq Könüllülər Gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.
Digər Xəbərlər
18 May 2024 19:15
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib - VİDEO - FOTO
18 May 2024 19:10Əlahiddə Ümumqoşun Orduda MAXE qəbulu elan edildi - ŞƏRTLƏR
18 May 2024 17:00İlham Əliyev və Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB + FOTOLAR
18 May 2024 16:12Prezident və birinci xanım “Ağalı” hotelinin açılışında - YENİLƏNİB
18 May 2024 14:40