Beynəlxalq Bankının İdarə Heyətinə yeni sədr təyin edildi

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının yığıncağının qərarı ilə Elmar Məmmədov bankın İdarə Heyətinin sədri təyin edilib. Trend-in məlumatına görə, daha əvvəl o, "Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Cahangir Hacıyev səhhətinə görə vəzifəsini tərk etdikdən sonra Azərbaycanın iri bankının rəhbəri vəzifəsi 2015-ci il martın 18-dən boş qalmışdı.
C.Hacıyev 2001-ci ilin martından ABB-nin İdarə Heyətinin sədri vəzifəsini tuturdu. Onun gedişindən sonra bankın İdarə Heyətinin sədrinin səlahiyyətlərini ABB-nin İdarə Heyətinin sədrinin müavini Emil Mustafayev icra edirdi.
Məmmədov Elmar Məmməd oğlu 1967-ci il oktyabrın 9-da anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Maliyyə və kredit”, 1994-cü ildə isə Bakı Dövlət Universitetini "Hüquqşünas” ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, bankın Səbail filialının müdiri olub. 2004-cü ilin noyabrından "Kapital Bank” ASC-nin Kreditləşmə və layihələrin maliyyələşdirilməsi departamentinin direktoru, həmin ilin dekabrından bankın İdarə Heyəti sədrinin müavini, 2005-ci ilin dekabrından isə İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb. "Kapital Bank” ASC Müşahidə Şurasının 05 iyun 2009-cu il tarixli qərarına əsasən, "Kapital Bank” ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 2014-cü il iyunun sonundan "Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri olub. Ailəlidir, bir övladı var.
ABB-nin əsası 1992-ci ilin yanvarında qoyulub. Bankın əsas səhmdarı Azərbaycan hökuməti adından Maliyyə Nazirliyidir. Azərbaycan hökuməti səhmlərin 51,07 faizinə sahibdir, səhmlərin qalan hissəsi isə özəl fiziki və hüquqi şəxslərin payına düşür.
Digər Xəbərlər

"Türkiyəyə bütün enerji resursları Zəngəzur dəhlizi üzərindən ötürüləcək" - Bayraktar

Türkiyə-Suriya qaz kəmərinin açılış mərasimi keçirilir - VİDEO

Əhalinin kredit kartları almasına limit qoyulur

Azərbaycanda dövlətə ərzaq satışı ilə bağlı təkliflərin qəbuluna başlanıldı

Sabah Azərbaycan qazının Suriyaya ixracına start veriləcək

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı

Emindən açıqlama: Avropanın ən böyük kazinosu “Sea Breeze”də tikiləcək
