adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Avqust 2016 12:14
15025
ƏDƏBİYYAT

Bəxtiyar Vahabzadənin doğum günüdür

Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadənin doğum günüdür.

Adalet.az xəbər verr ki, Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəkidə anadan olub. 1959-cu ildə yazdığı tarixi "Gülüstan” poeması şairə məşhurluq gətirib.

Zəngin yaradıcılığı boyunca 20-dək poema, 10 dram əsəri yazıb. Bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, "Şöhrət” və "İstiqlal” ordenləri ilə təltif olunub.

Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də vəfat edib. Bakıda, Fəxri Xiyabanda dəfn olunub.