adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Aprel 2019 18:14
145636
MÜSAHİBƏ

Bəsti Bəkirova: "Qarşıma bir çemodan pul qoydular..."

Tanınmışmüğənni, əməkdar artist Bəsti Bəkirova "Ədalət" qəzetinin sualalrınıcavablandırıb.

-Bəsti xanım, xeyli vaxtdır ki, efirdə yoxsunuz. Yəqin ki, yaradıcılıqla məşğulsunuz...

-Yalan danışmağı xoşlamıram. Yaradıcılıqda nəsə olmaqdan ötrü insanın gərək həvəsiola. Yaxşı nə var ki,insanın ürəyi də açılsın? Şorla yağın, yaxşıyla pisin yeri dəyişib, dəyərləritibsə, nədən danışaq? Bir ölkənin ki, torpaqlarının iyirmi faizi işğalaltındadır, hamı da deyib-gülür, toydan, şənlikdən danışır. Toya apardıqlarınında hamısı səviyyəsiz adamlardır. Ümumiyyətlə, musiqidən, sənətdən anlayışıolmayan adamları toya aparırlar. Danışanda səsləri çıxmır, amma deyir ki, müğənniyəm.Sənin danışanda səsin çıxmırsa, necə oxuyacaqsan?

- Yəqin ki,özünüz də toylara gedirsiniz...

-Çox nadir hallarda toylara gedirəm. Amma əvvəl toyların vaxtını mənim istəyiməuyğun təyin edirdilər. Əgər boş vaxtımolmurdusa, həmin toy təxirə salınırdı. Salonda bir qadın mənə yaxınlaşdı. Atasıda Gəncədə adlı-sanlı adamlardan olub. Kişi deyirəm e, indiki kişilər kimi yox.Kimsə deyəndə ki, kişi sözü verirəm, mən onun yerinə utanıram. Deyirəm, səniyerə soxum, heç olmasa kişi sözünü alçaltma da, aramızda qalan beş-üç kişinin dəadını korlama. Nəysə, salonda yaxınlaşan qadın mənə dedi ki, toy edəndə üç aygözlədik ki, sizin boş vaxtınıza düşək.

- Sonradan nəbaş verdi ki, vəziyyət birdən-birə dəyişdi? Sizcə, bu məsələdə televiziyalarınnə dərəcəədə rolu var?

-Televiziyaların çox böyük rolu var. Onlarbəzən qarşına elə insan çıxarır ki, xəcalətindən yerə girirsən. Başa düşürəm,elə adamların da öz yeri var. Amma sənətdən xəbəri olmayan adamı sənətkarınqarşısına çıxarmazlar, təqdim etməzlər. Adamın dəymişi dura-dura kalı tökülür.

- Sizcə sənətkarelə adamlarla eyni efirə çıxmağı özünə yaraşdırmalıdırmı?

- Tutaq ki, mənidəvət edəndə deyir ki. qonağımız filankəs olacaq. Amma gələndən sonra görürsənki, orada başqa adam oturub.

- Durub getməkolmazmı?

- Tərk etməkolmur e, bir nəfərə görə başqalarını təhqir etmiş olursan. Dəfələrlə o cürefirləri tərk etmişəm. Mənim daşım ağırdı da. Ona görə də efirə dəvətlərimazaldı, hətta heç dəvət etmədilər. Mən dəfələrlə rəsmi tədbirlərdə, mötəbər məclislərdəiştirak etmişəm. Bunlar kimdir ki, bizim qarşımıza çıxarırlar?

- Səməd Səmədovladuet ortağı olduğunuz vaxtlar efirə daha tez-tez çıxırdınız. Sanki duetortaqlığınız bitəndən sonra sizi efirə dəvət etmədilər...

- Söhbət efirdəngetmir, əslində, özümdə də günah görürəm. Gərək nə varsa, düzünü danışasan,yalanla və yalançı adamlarla aram yoxdur. Ümumiyyətlə, yalan danışan adamı güllələməyədə hazıram. Məni efirə dəvət edəndə Nabranda olurdum, gələ bilmirdim. İndi dəbir həftəni gözləyirəm ki, Bakıdan rədd olum gedim. Nə var axı burda?! Bayaqevdəkilərlə danışanda deyirəm ki, kaş oxuyan olmayaydım, rayonda təmiz havadaoturaydım.

- Deməli, müğənniolmağınıza görə peşmanlığınız olub...

- Peşmanlıq çəkirəmki, kimlərinsə sözünə baxıb, işimi düz qurmadım. Yəni, işimi mən istədiyim şəkildəqura bilərdim. Azərbaycanda düz olan düzdə qalır.

- Bəlkə vaxtındaara mahnıları oxusaydınız, bu gün daha tələbatlı müğənni olardınız?

- Elə mahnınıyanımda oxuyanda xəcalət çəkirəm. Hətta qarşımda belə mahnı oxunandautandığımdan az qalıram masanın altına girəm.

- Bacarmazsınız,yoxsa oxumaq istəməzsiniz?

- Toylarda məcburənelə mahnılar oxuyuram, amma belə mahnıları efirə çıxartmaram. Ayıbdır! Ammatoylarda müxtəlif xalqların mahnılarını oxuyuram, özüm də rusların içindəböyümüşəm, bir tərəfim ləzgidir. İncəsənət həyatımın doxsan faizi Rusiyaylabağlıdır. Şimali Zaqafqaziyada, Rusiyada mənim başıma and içirdilər. Qarşımaçemodanla pul qoyublar, amma orada qalmamışam. Baxmayaraq ki, on il orada işləmişəm.

- Peşmansınızmı?

- Peşman dadeyiləm. Tutaq ki, mən milyonerəm. Bəs sonra? Amma ola bilərdi ki, omilyonların içində məni öldürərdilər. Dağıstanın Azərbaycandakı nümayəndəsiMaqomed Seyidoviçin qızının toyuna Zaur Rzayevlə ikimiz dəvət edilmişdik. Açıqhavada məclis keçirilirdi. Abbas Abasovun qardaşı Nadir Abbasov da məclisdəidi. Maqomed Seyidoviçlə danışdığım yerdə on metr aralıdan bir nəfər mənibarmağı ilə çağırdı. Guya sözü var, mənə nəsə demək istəyir. Eyni hərəkəti məndə ona etdim və dedim ki, siz utanmırsınız? Mən onu elə yixdim-sürüdüm ki,etdiyi hərəkətə peşman oldu. Ümumiyyətlə, o insanlarda kobudluq çoxdur. Onlar adama bir kisə pul daverər, kobudluq da edərlər. Mənisə belə şeyləri qəbul etmirəm. Çünki pələng iliyəm. Pələng ilindən olaninsanlar heç vaxt geri addım atmazlar.

- Amma bu cürdavranışları qəbul edən həmkarlarınız var...

- Qarşıma birçemodan pul qoyublar ki, gəl bura. Demişəm ki, get, cəhənnəm ol.

İntiqamVALEHOĞLU