adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Oktyabr 2019 16:07
24922
ƏDƏBİYYAT

BEŞİNCİ FƏSİL - Şahnaz Şahin yazır

"Dünyanin həyatı bütün insanların itirdikləri məhəbbətlə zənginləşir..”

R.Taqor

Məni qınamayın,yazmaq,qəlbindəyığılanları qələmin "burnundan gətirmək”də bir az vərdiş məsələsidir .”İştahdiş altındadır” deyib babalar,yemək istəmək bir şey,yemək isə başqa birşeydir.Yazı da elə,yazmayanda yadırğayır adam,tənbəlləşir bir az.Yazmaq üçün qələmigötürmək ürək ağrıyanda dilininaltına nitroqliserin həbi qoymaq kimidibir növ!Yemək üçün ağzına qoyduğun tikə kimidi,dadı xoşuna gəldisəqazandın...Ac olanda çörək,susuzluqda su dərdi çəkmək kimidi yazmaq istəyi..Dərdiolan dərdini,sevinən sevincini bölüşməsi tələbatıdı yazı istəyi!..Bir dədünyaya övlad gətirmək kimi hissdi bu,amma bunun da yarımçıq doğulanı,ölüolanı,şikəsti var həm də.Torpağa düşən toxum kimidi yazmaq tələbi,amma hərtoxum cücərməz ki!..Mərhum jurnalist,uzun illər Ədalət qəzetinin əməkdaşıolmuş,bir-birindən maraqlı yazıları ilə tanınan Vəsilə xanın Usubova deyirdiki,”hesablanmış,sifarişli yazılar yazmaq adamı tükətir,bir növ insanınhissi,ruhu dara çəkilir...Arada fasilə vermək gərəkdi və bir də ürəyinin səsinidinləməlisən..”

Deməli yazmaq könül məsələsidir,elə sevginin özü kimi,əziz qonaqkimi..Vaxtında xöş gəldin deyib yanına çəkmədinsə küsüb gedəcək,qaytarsan dayazdığın "vaxtı keçmiş” effekti verəcək,boyat dadacaq.!

Neçə vaxtdı qələm-kağızıbir qırağa qoyub əziz adamlarımın "kefi”ilə oturub dururam..Yəni vaxtımıonların istəyi və marağı üzərinə qurmuşam,bəs nə,əzizdilər axı..Amma bəribaşdan küsüb inciməsinlər deyə üzr istəmişəm yazmaq istəyimdən,imkansa vaxtı dəyişsindeyə xahiş etmişəm!..Nəhayət bu gün hüzuruna qalxmaq imkanım olsa da zəhrimar təzyiqgəlib girdi aramıza,kəsdi ona gedən və həm də onun mənə gələn yollarını!Bax eləbu saat da fikrimi çaşdırmağa,iştahımı küsdürməyə çalışır,amma yox,ona fürsətvermək olmaz,yoxsa çıxacaq başıma!..

Çox qorxuram təzyiqdən,nə gizlədim axı..Yenə anamın ədəbi dünyasındanmisal çəkəcəm,:Anam gəncliyində ölümdən çox qorxurmuş,yan-yörəsi də bildi-bilmədi,yerigəldi-gəlmədi özlərini bilici göstərib öyünürmüşlər ki,adam da ölümdənqorxarmı,ölümdən qorxan kafirdi!..Bəh,anam da eləmə tənbəllik, bunu bir elmliadama gənəşir,o da cavabında buyurur ki,ey dili qafil,ölümdən qorxmamaqmıolar?!Əlqərəz deyilənin tam əksini söyləyiradam və üstəlik əlavə izah da verir ki,insanın ölüm qorxusu olmasa nələredə bilər?Onu bir az da pis əməllərdən geri tutan elə həmin qorxudur...B u yerdəƏmir Teymur və Nəsimi filmi yadıma düşdü..

Bəs nədi,ölüm adi söz deyil e,adi hal ehtiva etmir özündə,həyatınsonu,var olmanın bitməsi,dünyaya əlvida,sevdiyin və səni sevənlərdən həmişəlikayrılıqdı!!Bitirə bilmədiyin işlərindi gözündən yaş kimi tökülən,kam ala bilmədiyinhəyatındı boğazında düyünlənən,batan günəşdi,yağan qardı,qışdı bir sözlə,qış...

Amma indi payızdı,təbiətin sarı,qırmızı örtüyə büründüyüvaxtdı.Ağacların bardan başını aşağı saldığı vaxt..,bağların qıpqırmızı narkimi qızardığı, heyva kimi sapsarı saraldığı,şəffaf üzüm gilələri kimi şirələndiyi,qantəzyiqini aşağı salan innab kimi ətirləndiyi vaxt.. Sonra yetişmiş meyvələryığılacaq və bomboş qalacaq bağlar,bir addım yaxınlaşacaq "ölümünüə”...Yarpaqlarda saralıb,qızarıb töküləcək,yerdə xəzəl olacaq,boş qalacaq bağlar...Təbiətinhüznlü çağıdır payız,nisgilli,amma ecazkar qızıdır,onu müdrikləşdikcə dahayaxşı tanıyırsan,axı payız özü də təbiədin müdrik çağıdır elə...

Payızda bir az da mistika var,təbiətdən yarpaqların və torpağın birbirinə qarışığından yaranmış mükəmməl bir qoxu gəlir,ayaqlar altında qalıbqol-qabırğası sınan xəzəllərin küləyə qoşulub yaratdığı musiqini nota salmaqolsaydı..!

Təbiətdə hər fəslin öz yeri var,insanlarda hər yaşın öz gözəlliyiolduğu kimi..Əslində bütün fəsillər eynən insan həyatında da xronolojiardıcıllıqla təkrarlanır,yazı,baharı ilə,payızı,qışı ilə!..

Dövran tez dolanır,illər tez keçir,

Biz də dəyişirik hey ildən ilə.

Ömrün pillələri necə düz gəlir.

Ana təbiətin fəsillərinə...(B.Vahabzadə)

Amma mənə elə gəlir ki,bir fəsil də var,o fəsil insan həyatına gizligəlib gedir,gözə görünmür,o beşinci fəsildir..Hər kəsin yaşamaq istədiyi,ammahansısa səbəblərdən yaşaya bilmədiyi fəsil..

İndi isə payızdır..Təbiət hər işini vaxtında görür,bizim kimisonralara saxlamır və bir-birindən fərqli gözəllikləri sərir önümüzə...Eynilikdənqaçışdı bu sanki..,göz yorulmasın,həyat adiləşməsin,gördüklərimizə biganəolmayaq deyə ana təbiət bir-birindən fərqli gözəllikləri ilə çıxır qarşımıza!..Fəqət bu gözəlliklər içərisindədarıxmaqlar da var,hətta depressiya halına gələnlər,payızın sevgi nəğməsinideyil, hüzn dolu simfoniyasını eşidənlər!

Nə zamansa aldığları travma heç özləri də bilmədən zamanla üzə çıxıbsahibini ələ verir.Onlar üçün payız dünyanın ayrılıq tərəfidi,həsrət üzüdü,kədər,qüssəsəhifəsidi ki,onu bacardıqca tez çevirməyə çalışırlar..

...Heç sevmirəm payızda küçələrin,xiyaban və bağların xəzəldən təmizlənməsini!.. Bu da sanki payızın izlərini silməyə hesablanıb...Payız fərqlilik fəslidi həmdə,bəlkə ona görədir ki,hər kəs payızı bir cürə sevir..və

Sevgi varsa,həyat da var..və ya tərsinə!

Həyat elə bütün fəsillərilə maraqlı və gözəldir...,beşinci fəsli isəsiz yaratmalısınız,əzizlərim!

Həyatınıza Beşinci fəslin gəlməsinə icazə verin...

Gecikdi bu payız,

Gecikdin sən də.

Yollar gecələmədi,

Bu payız gözlərimdə.

Ötüb keçdi zamanı,

Kollarda böyürtkənin.

Daha o ilki kimi,

Qanamadı əllərin..

Dağılmadı tellərin

Günəşin çöhrəsinə.

Çırpınmadı ürəyin

Bir vüsal vədəsinə..

Indi bir sən,bir də mən..

Bir də vədəsiz payız.

Gəl alnıma yaxşı bax:

Silinməyib o yazı..?!..