adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Yanvar 2020 13:11
36866
DÜNYA

Bəşəriyyətin təhlükəli imtahanı – Dünyanın əlacsız xəstəlikləri

Dünyanınqorxuc xəstəliklər siyahısına daha bir xəstəliyin adı da əlavə olunub. Koronavirus!Çindəkoronavirusa (2019-nCoV) yoluxanların sayı 9692 nəfərə, bu virus səbəbindən ölənlərinsayı isə 213-ə çatıb.Virusa yoluxanlardan 1527 nəfərin vəziyyətiağırdır. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 15 min 238 nəfərə çatıb. Çindən başqa, Tailand, Cənubi Koreya,Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada,Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya,Hindistan, Filippin və İtaliyada ümumilikdə 100-ə yaxın adamın virusa yoluxmasıtəsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Xubey sakinləri, ya da buyaxınlarda Xubeydə səfərdə olanlardır.

Adalet.az xəbər verir ki, Dünya SəhiyyəTəşkilatının (DST) fövqəladə komitəsinin yanvarın 30-da keçirilmiş iclasındayeni növ koronavirusla bağlı qlobal fövqəladə vəziyyət elan olunub.

Əlacsızxəstəliklər- sağalmayan mərəzlər

Amma dünya hərzaman qorxunc xəstəliklərin əlindən xeyli əziyyət çəkib, bəşəriyyəti qorxunc xəstəliklərhəmişə ağır imtahana salıb. Bu xəstəliklərin içərisində nadir olan xəstəliklər dəvar ki, dünyada 1 və ya 2 nəfərdədir.



1. Bədəndəki əzələlərin sümüyə çevrilməsiilə əmələ gələn bu xəstəlik nadir xəstəliklərdən biridir.

2. Qanağlama xəstəliyi. Özü-özünə keçə bilər, lakin müalicə tələb edən xəstəlikdir.

3. Bədəninbəzi yerlərində böyümə olur və bu böyümənin qarşısını almaq olmur. Bu da bədənideformasiyaya uğradır.

4. "Vampis” xəstəliyi deyilən bu xəstəlikdə dəri günəşə qarşı həddən artıq həssasolur. Günəşlə ən kiçik bir təmas belə dəridə yanmağa və ağrıya səbəb ola bilir.


5. Növbətixəstəlik əl və ayaqlarda çıxan ziyillərin şişə çevrilməsi nəticəsində ziyillərinağac, kök və ağacın gövdəsi şəklini almasından ibarət olan bir xəstəlikdir.

6. Nadirgörülən bu xəstəlik xərçəng xarakterlidir. Fransada bu xəstəliyə tutulan 53yaşındakı qadın eftenaziya olunmasını şəxsən prezidentdən istəmişdi. Ancaq buxahiş qəbul edilməmişdi.

7. "Xarici əl” sindromu deyilən xəstəlikdə adam əllərindən birinin idarəsinitəmin edə bilmir. Əl və qol öz-özünə hərəkət edir və xəstə hərəkətlərinidayandıra bilmir.

8. Böyüməxəstəliyi. Bədəndə, xüsusilə qol, ayaq və üz nahiyəsi dayanmadan böyüyür.

9. "Fil”xəstəliyi deyilən bu xəstəlik tropik bölgələrdə bəzi soxulcan sürfələrininağcaqanadlar vasitəsilə insan bədəninə girməsi ilə başlayır. Bu xəstəlik DevidLinçin filmində də mövzu olub.



10. Xəstəliyinadı "möcüzələr diyarı” sindromu adlanır. Bu xəstəliyə tutulan insanlar obyektləriolduqlarından çox daha kiçik görürlər.

11. "Ölü adam”deyilən bu xəstəlik psixoloji xəstəlikdir. İnsan özünü ölü kimi hiss edir vəçürüdüyünü, bədənindən ət parçası düşdüyünü fikirləşir.

12. Dərininüstündə şişlərin böyüməsi və bütün bədənə yayılması ilə başlayan bu xəstəliknadir xəstəliklərdəndir. Bu xəstəlik dünyada sadəcə bir-iki adamda var.



Əziz oxucular,Allah hər kəsə bir ömür bəxş edib. Dəqiqini bilmirik, uzun olacaq, ya gödək.Amma sağlam olması vacibdir və öz əlimizdədir.! Çünki sağlam olmayan can, qazandığın hər şeyi. eləcə də ömrün uzunolmasını da mənasızlaşdırır! Çalışın xəstələnməyin!

Əntiqə Rəşid