adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 May 2019 15:36
57016
LAYİHƏ

Beşbarmaq-Qızılburun cəbhə xəttinin döyüşləri

Böyük Qafqaz dağ silsiləsinin quzey-doğu hissəsindəyerləşən "altı para əraziləri” (Xızı, Qızılburun, Şabran, Xaçmaz, Quba və Qusarnahiyələrini) özündə birləşdirən Quba qəzasının 1918-1920-ci illərdə qəzalıgünləri, ayları Bakı Xalq Komissarları Sovetinin Hərbi-İnqilab Komitəsinin,bolşevik Rusiyasının əski Xoca Tərxan(Həçtərxan) şəhərində yerləşdirilmiş birləşmiş hərbi qüvvələrinin hay-daşnakqulduru A.Srvantsyanın ixtiyarına verilmiş Qafqaz Qırmızı Ordusunun 3-cübriqadasının 4 min nəfərlik erməni-russilahlılarının amansız hücumları ilə başlanılmışdır.

1905-ci iliyul ayının 15-də istifadəyə verilmişBakı-Dərbənd dəmiryolu xətti ilə hərəkət edən quldur düşmən silahlılarının 8 hərbi eşalonu Qızılburun (Siyəzənnahiyəsinin əvvəlki adı və yeri) yaşayış məntəqəsində yerləşərək ətraf kəndlərə basqınlar etmişlər.Bu hissədə quraşdırılmış düşmən topları iləSədan və Böyük Həmyə kəndləri birbaşa atəşə tutulmuşdur. Ən çox hücumaməruz qalan, dinc insanların tələfatı ilə nəticələnən və ağır maddi ziyanındəydiyi 15 yaşayış məntəqələrisırasında Böyük Həmyə (keçmiş Ərəb), Sədan, Çarxana, Tuğay, Əlixanlı, Eynibulaqkəndlərinin adı çəkilir, Azərbaycan Xalq Cumhuriyyətinin xalqımıza qarşıerməni-rus vəhşiləri tərəfindən 1918-1920-ci illər ərzində törədilmiş faciələritəhqiq edən Fövqəladə TəhqiqatKomisiyyasının arayışlarında. Belə ki, həmin qətliam-soyqırımfaciələrini təqdid edən Komisiyyanınİstintaq qrupunun rəsmi məlumatına görə1918-ci ilin aprel ayında bu nahiyənin Qara Siyəzən və Nardaran kəndlərində 13kişi, 1 qadın və 1 uşaq xüsusi amansızlıqla qətlə yetirilmişdir. Daha sonra, AğSiyəzən kənd sakini Mir Həmdulla Seyid Zəki oğluna məxsus taxıl, arpaməhsulları, qoşqu atları, mal-mülkü qarət edilərək aparılmış, ona 74 min manatdəyərində ziyan vurulmuş, Qaraşıxı kəndinin 3 min nəfərə yaxın əhalisinin taxıləkini yandırılmış, yuxarıda adları çəkilən kəndlərin yandırılmış məscidlərindəyüzlərlə nüsxə müqəddəs "Qurani-Kərim” süngülərlə yarasız hala salınmışdır.

Həmin qanlıhadisələr barədə Əlixanlı kəndininyüzbaşısı Mirzəməmməd Dostəli oğlunun, Nəcməddin İsmayıl oğlunun, GülhüseynMəhərrəm oğlunun, Sədan kəndininağsaqqalı Dadaş Musa oğlunun, Qızılburun kəndindən Baləmi Zülfüqar oğlunun, Hüseynəli bəy Hüseynbəy oğlunun... məlumatlarından istifadə olunmuşdur. Qeyd etmək lazımdır ki, buşəxslər həm də həyatlarını təhlükəaltına qoyaraq A.Srvantsyanın yanına gedərək dinc sakinlərin təhlükəsizliyinintəmin edilməsi xahişlərini etsələr də müsəlman-türk qanına susamışerməni-rus quldurları bu müraciətə məhəlqoymayaraq günahsız əhalini qəddarcasına qətlə yetirmiş, tikililəri,maddi-mədəni abidələri yandıraraq yerlə-yeksan etmişlər.

Eynibulaq kəndməscidinin mollası Əlihəsən Kərbəlayi Tağı oğlu yandırılmış məsciddə qalmış"Qurani-Kərim” nüsxəsinin qalıqlarını İstintaq qrupunun üzvlərinə təqdim edib.Hay daşnak və rus-bolşevik silahlıları Sədan kəndində evlərini tərk edəbilməyən xəstə sakinlərindən Qərib Məlik oğlunu, Şahnaz İbrahimxəlil qızını,azyaşlı Püstə Məmmədbəy qızını işkəncə ilə öldürmüşlər. Sədan kəndində həminillərdə 80-90 ev olub (Mirşan qazması, Allahqulu qazması, Dərgah qazması, Paşaqazması...) və bu kənd qədimliyi ilə ətraf obalardan fərqlənmişdir. Belə ki, buobada 3 qəbirstanlıq var, ən qədimi 500ildən çox yaşa malik "Pir Mahmud qəbirstanlığı”dir. O illərdə yandırılmışevlərdən biri, Ağasəlim Yunus oğlunun (1855-1925) tikilisinin yanıq divarları1950-ci illərədək qalırdı. Kənd sakini Rzaqulu Mürsəl oğlunun (1901-1983)bildirdiyinə görə hay-daşnak və bolşevik quldurları kənddən şimal-şərqtərəfdə, 50-70 m aralıda səngər qazaraq əhalini top atəşinətutmuşlar. Əhali sığınmaq üçün 2-3 km aralıdakı Sədan meşələyinə ("Hidayətbağı”, "Ağarəşid bağı”, "Məhəmmədşah bağı”... deyilən yerlərə), Qəleyhundardağı (bu toponim əski türkdilli hun tayfalarının adı ilə bağlıdır) istiqamətinəüz tutub, amma cavanlar silaha sarılaraq düşmənə müqavimət göstərməkdə davamediblər. El döyüşçülərindən Süleyman Ağası oğlu (1875-1935), Səlim Mahmud oğlu (1885-1947), Veyis İsmayıl oğlu (1882-1962)...xüsusiləfərqlənmişlər. Sonrakı illərdə həmin səngər yerləri 5 para kəndi əhatəedən "Sovet” kolxozunun taxıl əkinyerləri altında qalaraq unudulmuşdur.

Sədan kəndsakini Adil Rzaqulu oğlu Eldarov (1941) bu məlumatları bildirdikdə Şəhid oğlu Eldarın (1972-1993) Qarabağcəbhəsinə yollananda dediyi sözü də xatırladı:

-Ata, sənhəmişə mənə söhbət edərdin ki, 1918-ci ildə ermənilər-ruslar kəndimizə neçəvəhşicəsinə basqın edərək dinc əhalini qanlarına qəltan etmişlər. İndi həminhadisələr Qarabağda baş verir, mən necə pahat otura bilərəm ki, oradaana-bacılarımız yağı düşmənə əsir düşsün...

Və O, 1994-cüil may ayının 18-də cəbhənin Murovdağ istiqamətində Şəhid olmuşdur.

Qəzanındüşməndən azad edilməsi məqsədilə bölgəyə daxil olan 5-ci Qafqaz İslamOrdusunun səhra düşərgələrindən biri də Beşbarmaq dağının (445 m) qərbhissəsində qurulmuşdu...

Ümumilikdə, odövrdə Qızılburun nahiyəsində (indiki Siyəzən rayonu ərazisində) quldurdəstələrinin törətdikləri vəhşiliklər nəticəsində 60nəfər (55 kişi, 3 qadın, 2 uşaq) qətlə yetirilib, 53 nəfər yaralanıb, 6məscid, 175 ev, 2 dəyirman, 121 yardımçı tikililər yandırılaraq məhv edilmiş,1209 baş mal-heyvan qarət edilərək aparılmış, nəticədə əhaliyə 58 milyon manat dəyərində maddi ziyanvurulmuşdur.

QismətYunusoğlu,

Bakı DövlətUniversitetinin müəllimi