adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Sentyabr 2019 17:15
12487
GÜNDƏM

BƏRK GEDƏRSƏN, ÖLƏRSƏN... -Faiq Qismətoğlu

Bu gün respublikamızda ölüm və xəsarətalma halları ilə baş verən qəzalarınböyük hissəsi avtomobillərin yüksək sürətlə idarə olunması ilə bağlıdır. 

Heçkimə sirr deyil ki, rerspublikanın avtomobil yollarında bir çox sürücülər nəqliyyatvasitələtini daha yüksək sürətlə idarə etməyə böyük həvəs və maraq göstərirlər. 

Xüsusən də gənclər nəqliyyat vasitələrini yüksək sürətlə idarə edəndə sanki özlərinidünyanın ən xoşbəxt adamı sayırlar. Hansı ki, avtomobilin yüksək sürətlə idarəolunması ölümün bir addımlığında dayanmaq deməkdir. Və elə bir gün olmur ki,respublikamızda hansısa bir sürücünün yol hərəkəti qaydasını pozması nəticəsindəölümlə nəticələnən qəza olmasın.

Məhz buna görə də Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi və eləcədə Yol Patrul Xidməti Alayının komandiri respublikanın avtomobil yollarındaxidmət aparan bütün tağımlara tapşırıq və göstəriş verib ki, yüksək sürətə qarşı mübarizə daha da gücləndirilsin,hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülsün. Eyni zamanda,tağım komandirlərinin nəzərinə çatdırılıb ki, digər kobud qayda pozuntuları dadiqqət mərkəzində saxlanılsın. Mütəmadi olaraq yüksək sürətlə avtomobilləriidarə edən sürücülərlə maarifləndirici söhbətlər aparılsın, onların nəzərinəçatdırılsın ki, avtomobillərin yüksək sürətlə idarə olunması ağır fəsadlar verəbilər.

Toxunduğumuz məsələlər Yol Partul Xidməti Alayının 6-cı tağımında dadiqqət mərkəzində saxlanılır və nəqliyyat vasitələrinin yüksək sürətlə idarəolunmasının qarşısının alınması üçün proflaktik tədbirlər həyata keçirilir. Bizreyddə iştirak edəndə bir daha şahidi olduq ki, müasir tipli xidməti avtomobillərdənəqliyyat vasitələrini yüksək sürətlə idarə edən sürücülər yeni texnologiya iləkompüter sisteminə düşür və onlarınmaarifləndirilməsi istiqamətində ciddi addımlar atılır.


Xarici markalı avtomobil saatda 130-140-la hərəkət edərkən xidmətimaşındakı kompüter sisteminə düşür. Təbii ki, nəqliyyat vasitəsini idarə edənsürücü bunu öncə hiss eləmir. Amma bir müddətdən sonra sürət həddini aşdığındanxəbər tutur. Həmin sürücülər yüksək sürətə həvəs göstərdiklərinə görə heç də məsuliyyətdənkənarda qalmırlar. İstər radar sisteminə, istərsə də xidməti maşınlardaquraşdırılmış kompüterlərə sürət həddini aşdığına görə düşən avtomobil sahibləri"Yol hərəkəti haqqında” qanunun müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunurlar.Onlar barəsində elektron protokol tərtib olunarkən həm də bal sistemi tətbiqedilir.

Aydındır ki, bir çox sürücülər inzibati yolla məsuliyyətə cəlb ediləndəo cəriməni ödəmək üçün müxtəlif bəhanələr axtarırlar. Yəni cərimələri vaxtındaödəmir; ya deyir vaxtım yoxdu, ya da deyir ki, maddi imkanım yaxşı deyil.İmkanın olanda ödəyəcəm. Amma hər bir cərimənin də müəyyən müddəti var. Yəni omüddətdə cərimə ödənilmirsə, əlavə faiz gəlir, üstəlik də o cəriməni ödəmədiyinəgörə, nəqliyyat vasitəsi stasionar posta yaxınlaşarkən ağıllı radarlar tərəfindənmüəyyən edilir və yol polisi tərəfindən saxlanılır.



Təbii ki, yol polisi də qanuna müvafiq addımlar atır, cəriməni ödəməyənsürücünün avtomobilini müfəqqəti duracağa qoyur və cərimə ödənildikdən sonraavtomobil sahibi nəqliyyat vasitəsini həmin yerdən götürə bilir. Reyd zamanı cərimənivaxtında ödəməyən bir neçə sürücü saxlanıldı. Onlardan eləsi də vardı avtomobiləlindən alınıb duracağa qoyuldu, eləsi də vardı ki, cəriməni yerində ödədi vəyoluna davam etdi.

Bu işdə 6-cı tağımın baş inspektorları, polis kapitanları Bakir Həsənovvə Natiq Mövlanov sürücülər arasında maarifləndirmə işləri apararaq onalrın nəzərinəmövcud problemləri çox təmkinlə, səbrlə çatdırdı. Sürücülər də yol polisinin bucür səmimi və mədəni münasibətlərindən razı qalaraq bildirdilər ki, səhlənkarlıqeləyiblər və bir daha cərimələri gecikdirməyəcəklər. Əlbəttə, inzibati cəzalarbir çox qayda pozuntularını yoluna qoyur. Ancaq yol polisinin sürücülər və hərəkətiştirakçıları arasında apardığı maarifləndirmə, təbliğat, izahat işləri də özmüsbət nəticələrini göstərir.

Qəzaların bir hissəsi də sükan arxasında sürücülərin sərxoş vəziyyətdəəyləşməsi və yorğun halda nəqliyyat vasitələtini idarə etməsi nəticəsindəyaranır. 6-cı tağımın stasionar postunda sərxoş və yuxulu sürücülərə qarşı daciddi mübarizə aparılır. Belə ki, sonaylarda neçə sərxoş sürücü aşkar edilib. Bununla yanaşı, nəqliyyat vasitəsiniyuxulu idarə edən sürücülər tağımın əməkdaşları, polis kapitanı Qalib Rzayev,polis baş serjantları Elmir Məmmədov, Anar İbrahimov tərəfindən stasionarpostda saxlanılaraq maarifləndirilib. İsti yay günlərində avtobus vəmikroavtobus sürücüləri postdakı bulaqda əl-üzlərini yuyublar və dinclərinialıb sükan arxasında əyləşirlər.

Onu da qeyd edək ki, 6-cı tağımın əməkdaşları piyadaların təhlükəsizliyinitəmin etmək üçün avtomobil yolunun keçdiyi Qaradağ rayonunun Ələt, Sanqaçal,Qobustan və Sahil qəsəbələrindəki tam orta məktəblərdə olub, müəllimlər, məktəblərləmaarifləndirici söhbətlər aparıblar. Tağımın əməkdaşları piyadalar üçün təhlükəliolan yerlərdə, naryadlarda olub, yolu keçmək istəyən qoca və xəstə piyadalaraöz köməkliklərini göstəriblər. Xüsusən günün qaranlıq saatlarında bu gün də təhlükəliyerlərdə naryadlar fəaliyyət göstərir, mövcud problemlər qabaqlayıcı tədbirlərnəticəsində aradan qaldırılıb.


Altıncı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bizimləsöhbətində bildirdi ki, rəhbərlik bizim qarşımızda çox mühüm vəzifə qoyub:kobud qayda pozuntularına qarşı mübarizə aparmaq! Ona görə də biz hər səhərnövbə qəbul edilərkən əməkdaşlarımızı təlimatlandırır, yüksək sürətə, sərxoşsürücülərə, sərnişindaşıma qaydasını pozanlara qarşı mübarizəni daha da gücləndiririk.Həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində xidmət apardığmızıBakı-Qazax yolunun Ələtə qədər olan istiqamətində ağır qəzalar xeyli azalıb,ölüm və yaralanma halları minimuma enib. Biz düşünürük ki, sürücülərlə və hərəkətiştirakçıları ilə birlikdə hadisələrin sayını bir az da aşağı endirə bilərik.Ancaq bir şərtlə ki, hamı qanuna əməl edə, sürət həddini aşmaya.

Göründüyü kimi, yüksək sürət odeməkdir ki, bərk gedərsən, ölərsən! Yəni avtomobili həddindən artıq yüksək sürətləidarə edərsənsə, sənin özünün və yanındakı sərnişinləri hər an ölüm gözləyir.Sürücüləri və sərnişinləri isə ölümdən öncə onun ailəsi, balaları, övladları,uşaqları gözləyir. Ona görə də hər bir sürücü gözünün qabağına doğmalarını gətirsə,heç şübhəsiz qəzalar bir o qədər də çox olmaz, ölüm başlarının üstünü kəsdirməz!..

Reyddə iştirak edirdilər: Vüqar ƏSGƏROV – Yol Patrul Xidməti Alayının6-cı tağımının komandiri, Namiq ƏZİZOV – 6-cı tağımın naryad rəhbəri, poliskapitanı; Elçin ORUCOV – 6-cı tağımın polis kaptanı, baş inspektor; Qalib RZAYEV– 6-cı tağımın polis kapitanı, baş inspektor; İlham QURBANOV – 6-cü tağımınpolis leytenantı, baş inspektor; XəyyamMUSTAFAYEV – 6-cı tağımın baş serjantı, inspektor; Faiq QİSMƏTOĞLU – «Ədalət»inəməkdaşı.