adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Sentyabr 2019 16:43
11455
HADİSƏ

Bərdədə təcili yardım maşını qəzaya düşüb

Səhiyyə Nazirliyi Bərdədə təcili yardım avtomobilinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Qaradəmirçi kəndində çağırışa gedən təcili tibbi ardım avtomobili qəzaya uğrayıb. Baş vermiş qəza ilə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən olmayıb.

Xatırladaq ki, hadisə nəticəsində 2 nəfərin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.