adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Avqust 2019 15:25
21205
KRİMİNAL

Bərdədə silsilə oğurluq edən şəxslər saxlanılıb

Bərdə rayon ərazisindəki 4 evdən evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə,
DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və və Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 11-dən avqustun 5-dək olan müddətdə rayon ərazisindəki 4 evdən pul, qızıl əşyalar, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Şahbazov və əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıblar.