Bərdədə evdən 33 min oğurlandı
Kəlbəcər rayonundan məcburi köçkün olan Mahizər Musayeva 4 il əvvəl oğlu Cavid Musayev ailə qurduqdan sonra Bərdənin Sabir küçəsində ev alıb.
Adalet.az-ın ans press-ə istinadən məlumatına görə, ötən ilin oktyabr ayında evin pəncərəsini sındıraraq içəri daxil olan şəxslər evdən 23 min manat nəğd pul və 10 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
Hadisə barədə Bərdə rayon polis şöbəsinə məlumat verən ailə oğurluqda şübhəli bilinən şəxsin polis tərəfindən saxlanıldığını, lakin daha sonra onlara oğurluğu həmin şəxsin törətmədiyi bildirilib.
Mahizər Musayeva deyir ki, hadisədən 4 ay sonra eyni hadisə yenidən təkrarlanır. Bu dəfə evə girən şəxs və ya şəxslər evdəki əşyaları dağıtsalar da heç nə aparmayıb. Ancaq ard-arda baş verən hadisələr ailə üzvlərini qorxuya salır.
İndi Cahid Musayev həyat yoldaşı və iki körpə uşağı ilə Bərdənin Mirzəxan kəndində anasının yanında məskunlaşıb. Lazımı orqanlara məktubla müraciət etdiklərini deyən ailə, bu günə qədər baş verən oğurluğun üstünün açılmamasından şikayətlənir.
Məsələylə bağlı Bərdə rayon polis şöbəsindən bildiriblər ki, oktyabr ayında ailənin şikayəti əsasında oğurluqda şübhəli bilinən və həmin vaxt qonşuda təmir işi aparan usta Şəfa Baxşəliyev saxlanılıb. Amma istintaq hərəkətləri zamanı onun oğurluğu törətmədiyi məlum olub.
Baş vermiş faktla bağlı Bərdə polisində özgənin əmlakına külli miqdarda ziyan vurmaqla oğurluq etmə maddəsiylə cinayət işi başlanılıb.
Hazırda istintaq prossesi davam edir.
Digər Xəbərlər
03 May 2024 16:04
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06