adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Mart 2018 14:27
22022
ƏDƏBİYYAT

BƏNDƏR-ŞAH

Sudan yazıçısı Tayib Salih (1929-2009) XX əsr ərəb ədəbiyyatının məşhurnümayəndələrindən biridir. Onun tematik trilogiya hesab edilən "Zeynintoyu”, "Quzeyə köç mövsümü” və "Bəndər şah” əsərləri dünyanın bir çoxdillərinə tərcümə olunub və böyük rəğbət qazanıb. Mehman Cavadoğlu bu əsərləriAzərbaycan dilinə tərcümə edib. Adalet.az həmin tərcümədənbəzi parçaları öz oxucularına təqdim edir.

Əvvəli burada


3

ƏvvəllərBayquş Səid ayamasıyla tanınan Səidə dedim:

-Deyirlər, indi səni Ac Qadınları YemləyənSəid adlandırırlar?

O güldü və bu təmiz, sadəlövh gülüşüylə mənəVad Həmiddə keçən uşaqlıq vaxtlarımı xatırlatdı. Öz bədəvi ləhcəsində dedi:

-Bu, Fatuma qarının, allah özü səni ondanqorusun, hoqqasıdır.Araq başını gic eliyəndə hər cür cəfəngiyat üyüdəndi.

-Fatuma da sənin toyunda oxuyub?

-Eh, Mihaymid qardaş, bizim zəmanədə pulnəinki Fatumanı, istənilən adamı oxudar. Demək günah olar, pulsuz olsa-olsaquşları oxumağa məcbur etmək mümkündür.

-Hər halda, Fatuma sənin haqqında nəoxudu?

Səid həddindən çox böyük olan və güc-bəlabaşda duran çalma kimi ona yaraşmayan nəm bığlarını bura-bura fəxrlə dedi:

-Qoy, cəhənnəm olsun bu Fatuma! Əlbəttə,onun mahnılarını mühakimə eləmək bizlik deyil. Ancaq, gözəl insan, hamı deyirki, Fatumanın oxumadığı toy, toy deyil.

Mən sualımı təkrar elədim. Səid dedi:

-Demək günahdır, ancaq lələşin elə birtoy elədi ki, daha bu şəhərdə Zeynin toyunu xatırlayan yoxdur. Kimdən istəsənsoruşa bilərsən, hamı eyni sözü deyəcək: "Ya Səidin toyu, ya da heç nə”.Zeynintoyu böyük möcüzəydi. Ancaq taleyin şıltaqlığı nəticəsində inspektorun kürəkəniolmuş Bayquş Səidin toyu daha böyük möcüzə oldu.

Səid davam elədi:

-Allah şahiddir ki, adam əlindən ayaqbasmağa yer yox idi. Camaat bütöv qəbilə halında gəlmişdi. Hər qəbilənin öz vəzifəsivar idi. Kəbini məsciddə kəsdilər. İmam gələnlərə dedi: "Qoy, hamı görsün vəeşitsin... Səid bizim hamımızın sevimli və arzuladığımız qonaqdır. Bundan sonraheç kim onu Bayquş Səid adlandırmayacaq”.

Fatumanın nə oxuduğunu öyrənməyə səbrimçatmadığına görə sualımı bir də təkrar elədim.

-Fatuma, başı batmış, – deyə Səid cavabverdi, – kupletləri elə oxuyur ki, sanki birbaşa kitaba baxıb söyləyir. On funtonun halal haqqıdır.

-Aman allah, necə yəni on funt?

-Mihaymid, and olsun bizim dostluğumuzaki, on funt normaldır. Mən ona dedim: "Qulaq as, xanım, atalar sözüdür, deyir,müğənniyə ənam, şairəsə şam yeməyi ver. Mən səndən elə bir ləqəb istəyirəm ki,bütün Vad Həmid Bayquş Səid ayamasını həmişəlik unutsun. Artıq bu adamlar, qoy,allah səndən razı olsun, məni təmiz dəli ediblər. Hamısı, görüm onların başıbatsın, elə "Bayquş”, "Bayquş” deyib durub. Onunsa mənə cavabı bu oldu: "Hamı dairəyədurub, rəqs eləməyə başlayanda diqqətlə qulaq as gör, Fatuma nə oxuyacaq”.

-Hə, Səid, bəs sonra? Fatuma sənin barəndənə oxudu?

-Allah sənə səbr versin. Ara qarışıb məzhəbitən vaxtı qızlar saçlarını açıb-tökərək meydana girdilər. Mən Əntər kimionların arasında dayanıb şallağımı yırğalayırdım. Oh, Fatuma, allah sənibağışlamayacaq.

-Yaxşı, di sonra?

-O çox oxudu. Qızlar Atası Əhməddən soruş.O, görüm, allah ona heç rəhm eləməsin, hamısını xatırlayır. Sən bir bu kupletəqulaq as:

Xəbər gələn həmin cümə axşamı

Şad-xürrəm oxudum, sənə yemək gətirdim.

Oy, Ac Qadınları Yemləyən Səid,

Sənin kimi birisini bir də hardataparam?

Hələ bir buna da qulaq as:

Səid, – yaraşıqlı bir kişi, cəsarətlitimsahdır,

Hər sahədə özünü doğrultmuş birkişidir.

Qüdrətli bir döyüşçü, qəbilələrqənimi,

İnspektor kürəkəni, ağıllıdır,dirbaşdır.

Bu sözləri söyləyərkən Səidin kefiduruldu. Sözünə ara verdi, sanki rəqs eləyənlərin arasındaymış kimi ayaqlarınıyerə döydü, atılıb-düşdü və əlini başının üstündə yellətdi.

Ondan soruşdum:

-İnspektor bu işə necə razı oldu?

-Məcbur elədilər.

-Kim onu məcbur elədi?

Sanki fikirləşirmiş kimi bir azsusandan sonra dedi:

-Bu pulları mən öz əllərimləqazanmışam. Təxminən min funt. Ancaq o məni tovlamaq istəyirdi.

Səid kömür və odun satmaqla məşğulolurdu, çöldə işləyir, qazandığı pulları inspektorda saxlayırdı. Mən ona etirazelədim:

-Ey, gözəl insan, allahdan qorx.Hardandır səndə min funt?

-Əgər mənə inanmırsansa imamdan soruş,Şeyx Əlidən və ya hacı Abd əs-Səməddən soruş.

-Deməli, inspektor sənin ondasaxladığın pula görə qızını sənə verib, eləmi?

-Bax, siz hamınız deyirsiz ki, əbəsyerə o Səid[1]deyil, axmaqların bəxtinə həmişə xoşbəxtlik düşər – deyə cavab verdi. – Ancaqand olsun allaha, mən öz pullarımı qəpiyinə kimi tanıyıram.

-Necə? Deməli, sən inspektorun qızıylaevlənmək eşqinə çoxdan düşmüşdün?

-Aman allah, niyə başa düşmürsən, axı!Necə bilirsən, inspektorun evində işləmək sadə məsələdir? "Ey, Səid, su gətir...Səid, heyvanlara ot gətir... Səid, gəl odun doğra”. Səncə bunlar elə-beləşeydir?

-Yaxşı, bəs sonra?

-Nə "sonrası”, nə "əvvəli”. Yeddi ildənçox eşşək kimi işlədim. Elə ki, beş, on, ya da iyirmi piastr[2]alırdım, gedirdim dostum Qızlar Atası Əhmədin yanına. O da bunları dəftərəyazırdı. Hər il mənə deyirdi: "Səid, gəl piastrlarını götür”. Mənsə deyirdim:"Sizdə qalsa yaxşıdır. Başı bütöv olar”. İşlər beləcə gedirdi. İl üstünə il,piastr ütünə piastr gəlirdi. Bu müddət ərzində inspektorun ortancıl qızı ərəgedib boşanmağa da macal tapmışdı. Bilrsən ki, o sən deyən gözəl deyil, üstəlik,gözdən də zəifdir. Mən tələsmədim. İki il, üç il keçdi, qız oturub qalıb, hələki bir göz qoyanı yoxdur. Elə onda da öz-özümə dedim: "Səid, məgər sən kişideyilsən?” Və məsələ bununla bitdi.

Təəccübümü boğmağa gücüm çatmadığına görəonun sözünü kəsməyə məcbur oldum:

-Bütün bu şeylərə görə allah sənin cəzanıverəcək, bədbəxt! Biz də səni axmağın,ağzıayrığın biri sayırdıq.

-Eh, gözəl insan, məgər indi sadədil adamvar? İndi cinlərin özü də adamlarla yola gedə bilmir.

-Di, danış görüm, sonra nə oldu, yaramaz?

-Sonra dəftəri götürüb inspektorun yanınagetdim. Bilirdim ki, o, pensiyaya çıxandan və məvacibi kəsiləndən sonra işləriyaxşı getmirdi. İçəri girdim və dedim: "Möhtərəm cənab, mənə vacib pullazımdır”. Bunu deyən kimi onu əsmə tutdu, vurnuxmağa başladı, sonra özünü ələalıb dedi: "Sabah gəl. Üstümdə pul yoxdur”. Qısası, gözəl insan, bu məsələxeyli uzandı. Hər dəfə gələndə eyni sözü eşidirdim: "Sabah gəl, birisi gün gəl”. Nəhayət, bir gün ona dedim: "Qulaq asın, möhtərəmcənab, onsuz da, mən bilirəm ki, sizin pulunuz yoxdur. İstəyirsiz, indi sizəbir məsləhət verim: "öz qızınızı, həmin o pis görən qızınızı mənə verin,bununla da məsələ bitsin...” Bax belə, gözəl insan. Mən bu sözü deyənədək o,stulda indi siz oturan kimi oturmuşdu, ancaq bunu eşidər-eşitməz yerindənhoppandı! Özümü əvvəlcədən buna hazırlamışdım, fikirləşdim ki, məsələ davasızötüşməyəcək: axı, cənab inspektorun necə tündməcaz və təkəbbürlü adam olduğunusən özün də yaxşı bilirsən. Və o, var-gücüylə mənim üstümə qışqırmağa başladı:"Sən dəli olmusan? Elə bilirsən, şəhərdə haqq-ədalət, qanun yoxdur? Sən,murdar, iyrənc Səidcığaz mənim qızımla evlənmək fikrinə düşmüsən?!” O məniqorxudacağını düşünürdü. Ancaq sənə and içirəm ki, geri durmadım. Sakit-sakitdedim: "Xox! Fikir verin, artıq ona "möhtərəm cənab” deyə müraciət eləmirəm.Ona deyirəm: "Xox! Qulaqlarınızı geniş açın. Mən Səid Vad Zahid Vad Həcəb ər-Rəsulam– azad bədəvi. Sizə and içirəm ki, əgər mənim Sodiridəki[3]nəslim bir yerə yığılsa səni gün işığına həsrət qoyar. Məgər mən tək allahainanan müsəlman deyiləm? Bəli, mən, murdar və iyrənc Səid sənin qızına elçidüşmüşəm. Sənin koruş, boşanmış, eybəcər qızının dadına baxmaq istəyirəm. O,ömrü boyu oturub gözləsə məndən yaxşısını tapa bilməyəcək. Əgər etiraz eləsənizand içirəm ki, pullarımı tam almayınca səni məhkəmələrdə süründürəcəyəm”.

Mən yalnız rəhm və lütfükarlıq xətrinədostluq münasibətləri saxladığı bir adamın ucbatından bu cür təhqiramiz vəziyyətədüşmüş dikbaş, yekəxana inspektorun nə çəkdiyini təsəvvür eləyirəm.

-Hə, Səid, sonra?

Səid ayağını ayağının üstünə aşırdıbqarşısındakı fincandan bir qurtum kofe içdi, sonra onu qəsddən məzəli hərəkətləredərək yerinə qoydu. Bəs necə! Axı, mən ona özünü yenidən Vad Həmiddə baş verənhadisələrin mərkəzində görməyə, dünyanın başına dolandığı bir ortamda hiss eləməyəimkan yaratmışdım.

Səid davam elədi:

-Mən əvvəllcədən bu qadınla – qızınanasıyla razılaşmışdım. Qoy, allah sənin köməyin olsun Fatimə Bint ət-Tom. Düzdeyirlər ki, bir arvad bütöv qəbiləyə dəyər. Onun bizə qohumluğu çatdığınıbilirdim. Anası bizlərdən idi – for qəbiləsindən olan bədəvilərdən.

-Fatimə Bint ət-Tomun anası sizin qəbilədəndir?

-Bəs necə?! Necə bizdən olmaya bilərki?Məgər, Fatimə Bint ət-Tomun anası Həlimə Bit Rabih deyil? Bəs, bizim başimamın özü, bilirsən, onun anası hardandır?

-Demək istəyirsən ki, o da sizlərdəndir?

-Mərhəmətli və rəhmli allahın adıyla,Mihyamid, düzünü de, sən özünü qəsddən bilməməzliyə vurursan? İmamın anası MərhaBit Cədindir. Onunla Həlimə Bit Rabih əmiqızıdır.

-Əla! Deməli, sən öz işini ikitərəflitutmusan?

-Əlbəttə. Camaat düşünürdü ki, adam dəliolub, vəssalam. Qoyun kəsib qonaqlıq elədim.Hamıya üz tutub dedim: "Mən istəyirəm ki, bu toylar toyu olsun, orda nəlazımdır olsun: mahnı, rəqs, təbil, qızlar xoru, Fatuma da oxusun”. İnspektoryumşalıb üzüyola olmuşdu, sözümün qabağına söz demirdi. Mən "hə” deyəndə "hə”deyir, "yox” deyəndə "yox” deyirdi. Andolsun allaha, toyun gurultusu düz for qəbiləsinin düşərgəsinə kimi bütün mahalıbürümüşdü. Zeynin toyu onun yanında sünnət toyu kimi bir şey idi. Allaha andolsun ki, mən inspektorun evinə yerin yiyəsi kimi girib, Fatumaya əl elədim vəonun qarşısındakı qabın içinə bir funt qoydum, bu şabaş idi, əvvəldən verdiyimon futa dəxli yox idi... Bu vaxt lənətəgəlmiş arvad oxumağa başladı:

Canım Səid, anaların fərəhisən,

Nə lazımdır allah sənə verəcək.

Yaxşı toydur, hamı gülür, əylənir,

Sizsə paxıllar, susun, dinməyin.

Buyerdə qızlar sevinc içində qışqırışdılar: "İyyu-iyyu-iyyuya!” Mən sanki göylərdəuçurdum.

-Yaxşı, – deyə onun sözünü kəsdim, – bəsnecə oldu ki, sən müəzzin oldun?

-Burda nə var, axı: Bu allah yolundasavab işdir. Sadəcə, Həməd mənə dedi ki, hər gün minarənin başına çıxmaqonunçün çətindir.

-Hər halda, – deyə mən etiraz elədim, –sən inspektorun kürəkəni olandan sonra hər yerə yolun açılıb.

-İnspektor-zad nədir, – deyə Səid nifrətlədedi. – İndi inspektor da, hətta şəhərin başçısı da mənimçün heç kimdir. Mənimpulum var. Vallah, istəsəm bu saat başçının qızını da alaram.

-Bəs bu pullar hardandır? Nədi, xəzinətapmısan?

Gülə-gülə dedi:

-Mən indi bazara getməliyəm, pul barədəbaşqa vaxt danışaram.

Və öz zəif, titrək səsiylə oxuya-oxuyaçıxıb getdi:

Canım Səid, anaların fərəhisən,

Nə lazımdır allah sənə verəcək.

4

Həməd Vad Həliməhələ balaca uşaq olduqları dönəmlərdə Daul-Beytin oğlu İsanın bir dəfəqarşılarına bayram paltarında çıxdığı günü yaxşı xatırlayır. Hərçənd, həmin günheç bir bayram-filan yox idi. O, əynində uzun cələbiyyə[4]geyinmişdi. Başını düm ağ çalmayla bağlanmış qırmızı papaq bəzəyirdi.Ayağındakı qırmızı rəngli təzə botinkalar par-par parıldayırdı. İsa bəziləritam çılpaq, bəzilərininsə bellərinə tək bir əsgi parçası dolanmış, ən yaxşıhalda nimdaş və çirkli cır-cındır geyinmiş uşaqların arasında çox gülünc və əndrəbadigörünürdü. Həqiqətən, o bizə çox qəribə və məzəli təsir bağışladı. Onu görər-görməzbərkdən qışqırdım: "Bəndər-şah!”[5]Sonra hamımız birlikdə xorla qışqıraraq təkrar elədik: "Bəndər-şah, Bəndər-şah!”Biz onu düz evlərinə kimi qovduq. O vaxtdan hamı onu Bəndər-şah çağırmağabaşladı.

-Ümumiyyətlə, ləqəb çox qəribə şeydir, –deyə Həməd öz hekayətini danışmağa davam edir. – Bəzi adamlara ləqəbi düppədüzuyğun gəlir. Məsələn, götürək sənin Həsən Timsahını və ya bizim BahitƏbul-Banatı[6],Süleyman Akal ən-Nabakı, Abd əl-Maul Vad Miftah əl-Həznəni və ya əl-Kəşifə VadRəhmətullanı. Onların ləqəbləri xəncər qınına yapışan kimi özlərinə yapışır,qoy, allah bizi onların şər-xatasından qorusun! Mənə, məsələn, Vad Həlimə[7]deyirlər. Öz əsl adımla Əbdül-Xalıq çağırmaq heç kimin ağlına gəlmir. Səbəbi? SəbəbiniMuxtar Vad Həsəb ər-Rəsuldan soruş. Hara getsə, nə iş görsə, allah heç onunişini avand eləməsin.

Həməd xalatını öz arıq bədəninə dahatarım dolayıb davam elədi:

-Biz uşaq vaxtı hacı Sədin məscidindəQuran oxumağı öyrənəndə Muxtar həm sağlam və güclü, həm də davakar və lovğabir oğlanidi. Hamı ondan qorxurdu. Dərsdən sonra böyük bir akasiya ağacının altınatoplaşardıq. Yeri gəlmişkən, həmin ağac indi də yerindədir. Muxtar əlbəyaxadöyüşə başlamaq üçün çılpaq kürəyilə düzdairənin ortasında dayanmışdı. Onda zəmanə igidlik, qoçaqlıq zəmanəsiydi.Qorxaqlar o vaxtkı timsahların arasında yaşaya bilməzdi. Soruşursan ki, əlbəyaxadöyüşdə nəylə vuruşurdular? Nil ağacının kökündən bükülüb düzəlmiş qırmanclabir-birlərini qamçılayırdılar. Aman allah, necə döyüşlər olurdu! Bizimuşaqlardan heç kim Muxtar Vad Həcəb ər-Rəsulun bir, ən yaxşı halda iki zərbəsinətab gətirə bilmirdi. Onun öz kürəyisə begemot kürəyi kimiydi, nə qədər vusanheç izi də qalmırdı. Mən qırmancın üzünə baxanda belə qorxurdum və adətən, heçnəyə toxunmadan səssiz-səmirsiz bir kənarda dayanırdım. Qoy allah, möminləribelə əlbəyaxa döyüşlərdən qorusun!

Muxtar bütün gün dairənin ortasındadayanır, uşaqlarsa bir-birinin ardınca ona yaxınlaşırdılar. Jjik... bir zərbə,jjik... iki – biri yana sıçradı, jjik... jjik – dalınca gələn digər tərəfətullandı. Muxtar da məni görməyinə bənd idi, dərhal lağa qoymağa başladı, həqarətlə anamın adıyla Vad Həlimə adlandırdı. Tez-tezmənə deyirdi: " Ey, Həlimənin oğlu, sən haçan kişi olacaqsan, başqa kişilərkimi nə vaxt dalaşacaqsan?” Bu sözlər iti bıçaq olub qəlbimə sancılırdı.Acığımdan zəncir gəmirirdim. Mənim kimi zəif, gücsüz bir sısqa məxluqun əlindənnə gəlirdi? Ancaq günlərin bir günü qəti şəkildə qərara aldım ki, Vad Həliməayamasını daşımaqdansa ölüm yaxşıdır. Qulaqlarını aç, yaxşı eşit: bu ipli tələkimidir, qırağından basdasan, əl-qolundan yapışacaq.

Dərsdənsonra evə qaçdım. Orda içində təxminən bir funt üyüdülmüş bibər olan kisətapdım. Kisəni götürüb qaçdım, o qədər qaçdım ki, artıq evlər güclə görünürdü.Bu qırmızı istiot həqiqətən allahın od püskürən alovuydu. Mən onun birhissəsini yedim, sonra soyunaraqqalanıyla bütün bədənimi sildim. Allah göstərməsin, bu əsl cəhənnəm atəşiydi! Bədənimvə içim alışıb yanmağa başladı. Bu şiddətli yanğının təsirindən var gücümləqaçaraq, boğazım cırılanadək qışqırdım: "Vay, vay, vay!” Ətrafdasa ins-cins yoxidi, onsuz da, səsimi heç kim eşitmirdi. Mən mayallaq aşmağa, torpağın üstündəeşələnməyə başladım. Tər bədənimdən su kimi axırdı. Hə, gözəl insan, ağrıdanadam dəli ola bilərdi. Ancaq bir şey də var ki, bundan sonra daha heç nə adamaqorxulu gəlmir. Özünü tonqalın içinə atsaydın da bir şey hiss eləməzdin. Köynəyimiqolumda tutub qaçırdım, gözlərimdən od çıxırdı, başım qaynar qazana dönmüşdü. Həminböyük akasiya ağacının yanına kimi qaçdım və gördüm ki, Muxtar Vad Həcəb ər-Rəsulməğlubedilməz Əntər kimi hamının qarşısında durub özünü camaata göstərirdi. Məndairəyə girdim və adamların qarşısında hazır dayandım. O həqarətlə mənə baxıbdedi: "Nədi, Vad Həlimə, deyəsən, bu gün kişi olmaq qərarına gəlmisən? Rədd ol,get. Mənim ana uşaqlarıyla işim yoxdur”. And olsun allahın böyük adına, atəşpüskürən gözlərimi düz onun sifətinə dikib dedim: "İndi kimin kişi olduğunu görərik,di vur!” O güldü və yavaş-yavaş mənə yaxınlaşmağa başladı. Kənarda duranlar dagülür və (Vad Miftax əl Həznəylə Vad Rəhmətullanın gur və cır gülüşləri varidi) qışqırırdılar: "Vad Həlimə bəlaya düşüb, çətin ki, canını qurtara bilsin”."Hələ bir az gözləyin” – deyə öz-özümə düşündüm.

Muxtar qamçını götürüb iki əlilə əydi vəhavada yellədi: "Vijj, vijj”. Sonra ətrafımda hərlənərək məni qızışdırmaq üçünbir neçə dəfə yüngülcə qamçı çaldı. Heç vecimə də almadım: beynimdə sankialtmış min ifrit hoppanıb-düşürdü. Sonra sağ ayağına dayanaraq, yerində durdu vəqamçısını sərt şəkildə yellədib aşağı çırpdı. Canım haqqı, içimi cəhənnəmodunda yandırıb-yaxan istiotdan sonra qamçının toxunuşu mənə rahatlıq və sərinlikgətirdi. Dərim sanki keyləşib meyitə dönmüşdü. Bıçaqla kəsib doğrasan da, heç nəhiss eləyəsi deyildi. O ikinci, üçüncü dəfəvurdu, ancaq mən sanki daşa dönərək yerimdə donub qalmışdım. Bax, əgər bu qapınəsə hiss eləyirsə, deməli, onda mən də nəsə hiss eləyirdim. Yeddinci zərbədənsonra dayandı, geriyə çəkilib, heyrətlə mənə baxdı. Mənsə ona acı zəhər kimiöldürücü baxışlarla nəzər saldım. O, tüpürcəyini uddu. Artıq gülmək halındadeyildi. Ətrafda dayananlar da ağızlarına su alıb durmuşdular. Vad Miftah vəVad Rəhmətullanın da gülüşü boğazlarına tıxanıb qalmışdı. And olsun biziyaradana, sanki içimdə qanadlarını bütün dünyanın üstünə sərmiş nəhəng birşeytanın peyda olduğunu, yeridiyini və coşub-kükrədiyini hiss elədim. Elə bildim ki, yıxılan göy qübbəsini əlləriyləsaxlayan Şamxoraş pəhləvanın özüyəm. Bunlar hamısı istiotun təsirindən idi, allahona adamı ürək acısından, qəlb yanğısından da qurtarmaq gücü versin. Hə, gözəlinsan, bu vaxt səsimin necə açıldığını bilmədən onun üstünə qışqırdım: "Ey,Maymunanın oğlu (qəzəb və nifrətdən mən də onu anasının adıyla çağırdım), niyədayandın? Kişi ol, vur! And içirəm ki, bu gün ya məni, ya da səni burdan qəbirstanlığaaparacaqlar”.

Hamı susub durmuşdu, cınqırını çıxardanyox idi. O məni səkkizinci, doqquzuncu dəfə vurdu.

Hesab otuza çatanda sənin baban və Bəndrşah Muxtarı dayandırdılar. Qamçını onun əlindən alıb dedilər: "O öz haqqını aldı, indi növbə Həmədindir”.

Onda, əzizim, mən özümü eyniylə türkpaşası kimi qəzəbli və dikbaş hiss eləyirdim. Onlara deyirəm: "Dəyməyin, qoyunvursun. And olsun "Kəf Ləm Mim” surəsinə, bilmirəm bu gecə Vad Maymunu nə cürbasdıracaqlar”. Ancaq babanla Bəndər şah dedilər: "Yox, otuz zərbə bəsindir”.Qamçını götürüb baxdım və onun büsbütün qana boyandığını gördüm. Böyük yaradan!Mən onu toplaşanların başı üstündə yellədə-yellədə qürurla iki dövrə vurdum.

Vad Miftah əl-Həznə və Vad Rəhmətullaqorxudan büzüşərək gözlərini yerə dikdilər. Qamçıyla yüngülcə hər ikisininbaşını döyəclədim. Sonra "İyyuy, iyyuy, iyyuy!” – deyədöyüşçü nərəsi çəkibMuxtar Vad Həcəb ər- Rəsula baxdım. Gördüm ki, tərpənmədən sakitcə oturub,ancaq burnundan tər tökülür. Mən qamçıyla ona toxunaraq bərkdən nərə çəkə-çəkəfırlanmağa başladım. Gah dala çəkilir, gah ona yaxınlaşır, gah qarşısındadayanır, gah yuxarı tullanırdım – bir sözlə, ona qarşı əsl psixoloji müharibəaparırdım. Nəhayət, baxıb görürəm ki, adam bürüşüb meyitə dönüb. Əgər VadMiftah əl-Həznəylə Vad Rəhmətulla bayaq mənə gülürdülərsə, indi ona baxıbqaqqıldayırdılar. Mənim gülməyimə bənd idilər, ardımca onlar da qəhqəhə çəkməyəbaşlayırdılar. Görüm, allah heç onları bağışlamasın, həmişə qaliblərin yanındaolurdular.

Qamçını qaldırdaraq, bərkdən fitçala-çala sanki nəsə yarırmış kimi onu aşağı endirdim. Muxtar dayanıb gözlərinidöyürdü. İkinci dəfə şallaqlayanda "ah-uf” səsini eşitdim.

Üçüncü zərbəni zolluyanda geri çəkildi.Dördüncüdə səndələdi. Beşinci zərbədə tam haldan düşərək yıxıldı.

Adamlar durub baxırdılar. Hamsınındili-ağzı qurumuşdu, heyrətdən gözləri bərələ qalmışdı: necə yəni mən, zəif,cılız Həməd Vad Həlimə zəhmli, qorxulu bir döyüşçünü, Muxtar Həcəb Vad Həliməadlı azğın bir bahadırı üstələmişdim, mücəldib muma döndərmişdim.

Sənə deyim ki, həmin an özümü yerin-göyünhakimi, gecənin və gündüzün hökmdarı kimi hiss edirdim. Bəs necə? Biz ondahamımız uşaq idik, ən böyüyümüzün səkkiz yaşı təzəcə ötmüşdü. Mən sağa-sola dönərəkhamını qamçılamağa başladım. Di, yaxın gəl görüm, necə gəlirsən. Ən çox Vad RəhmətullaylaVad Miftah əl-Həznənin payına düşdü. Eh, əzizim! İçimdə sanki cinlər yuvasalmışdı. Mən dairənin ortasında dayandım və yıxılmış qurbanını tapdalayan şirkimi ayağımı cansız meyitə dönüb yerə sərilmiş Muxtarın üstünə qoydum. Sonrasa,deyəsən, nəsə çərənləmişəm – bu barədə mənə sonradan babanla Bəndər şah şöyləmişdi.Bunu da onlar dedilər: "Vəssalam. Daha bəsdir”. Baban mənə dedi: "Bəsdir. İndibiz bildik ki, sən kişisən”. Bəndər şah ona etiraz elədi: "Əgər Vad Həliməözünü kişi sayırsa, qoy bilsin ki, başqa kişilər də var”. Fikirləşməyə macaltapmamış Bəndər şah qarnıma güclü bir zərbə ilişdirdi. Bundan sonra nə başverdiyini bilmədim. Ayılanda özümü Bəndər şahın evində ənqərəbədə[8]uzanmış gördüm. Muxtar da yanımda yatmışdı.Bədənimizdə elə dəhşətli ağrı var idi ki, allah heç kimə göstərməsin. Mənqışqırır, Muxtar qışqırırdl: "Vay, vay, vay!”

5

"Mihaymid!”

Mihaymid səs gələn tərəfə dönüb cavabverdi: "Bəli!” Vad ər-Rəvvasi təəccübləndi:

-Sənbunu kimə deyirsən?

Mihyamid mürgülədiyini və heç kimin onuçağırmadığını dərhal başa düşdü.

-Məhcub durub evə getdi. Məscid yolundaƏbdül-Hafiz ona qoşuldu.

Vad ər-Rəvvasi dedi:

-Yazıq Məhcub, təmiz düşüb.

Birinci günün axşamından Mihyamidindilində bir sual dolaşırdı. Ancaq cavabın öz-özünə gələcəyinə ümid bəsləyərək həminsualı heç kimə vermirdi. Mihyamid özü də taqətdən düşmüş adam idi. Onu illəryormuş, hökumət qulluğu əldən salmışdı. Gec-tez bunu ondan soruşacaqlar. Daha dəqiqi,Vad ər-Rəvvasi soruşacaq: "Sən niyə pensiyaya vaxtından tez çıxdın?” Mihyamidcavab verəcək: "Səhər namazına getmədiyim üçün məni işdən çıxartdılar”. Vad ər-Rəvvasideyəcək: "Ciddi deyirsən, yoxsa zarafat eləyirsən?” Mihyamid deyəcək: " İndiXartumda hökumətdə dini partiyadır. Baş nazir hər gün səhər namazına məscidəgedir. Əgər sən namaz qılmasan, yaxud namazını evdə tək qılsan səni hökumətəqeyri-loyal olmaqda günahlandıracaqlar. Əgər pensiyaya göndərsələr, hələ sağ olde”.

Vad ər-Rəvvasi təəccüblənib ucadan deyəcək:"Sən bir işə bax!”

Mihyamid deyəcək: "Bir-iki ildən, bəlkə də,beş ildən sonra hakimiyyətə başqa hökumət, dinə münasibətdə daha mötədiladamlar, ola bilsin ki, hətta ateistlər gələcəklər. Onda da sən məsciddə və ya evdəibadət eləsən səni yenə də pensiyaya göndərəcəklər”. Həddindən çox heyrətlənmişVad ər-Rəvvasi ondan soruşacaq: "Nə əsasla?” Mihyamid ona sakit tərzdə cavabverəcək: "Əvvəlki hökumətlə əlbir olmaqda müqəssir bilərək”. Onda onlar özqulaqlarına inanmayacaq və bir ağızdan qışqıracaqlar: "Əcəb işdir, vallah!”

Səid artıq dükanından çıxıb Ət-Tahir ər-Rəvvasininyanında oturmuşdu. O gözlənilmədən danışmağa başladı:

-Görüm, o Bəkrinin oğlanlarına allah lənəteləsin. Tanrının qəzəbinə tuş gəlsinlər!

Mihyamid özünü saxlaya bilməyib soruşdu:

-Bəkrinin oğlanları neyləyiblər ki?

Bu vaxt adamları ibadətə səsləyən AcQadınları Yemləyən Səid "xilasınıza tələsin” sözlərinə çatdı və batmış yükmaşını kimi dayanaraq taraq-turuq salmağa başladı. O, ehtiyac olmayan yerdəhecaları uzadır, onları uzada-uzada oxumaq lazım olan yerdəsə, əksinə, çeynəyib-tökürdü.Vad ər-Rəvvasi güldü:

-Arvadları yemləyənbu gün lap biabır oldu.

Əbdül-Hafiz əvvəlcə oturduğu yerdən tərpənməkistəməyən, ancaq qəflətən fikrini dəyişən adam kimi yerindən necə hövlanakqalxdısa, Mihyamid diksindi. Mihyamid Vad Həmidə qayıdan gündən bəriƏbdül-Hafiz hər axşam bura gəlir və dinib-danışmadan sakitcə bir tərəfdəotururdu. Görkəmindən sanki üzrxahlıq eləməkvə ya nəsə bir sirr açmağa hazırlaşan adama oxşayırdı.

Bütün bu fikirlər araya çökən sükutuniçində boğulub qalırdı. Səid artıq hamının yadından çıxardığı suala cavab verərəkdedi:

-Ət-Türeyfi, Bəkrinin oğlu oyun oynayır,özündən Bəndər şah düzəltmək istəyir.

Vahimə saçan ad Mihyamidin beyniniqarışdırdı, təxəyyülünü alt-üst elədi. Onun gözünə zülmət içində dolaşan bədheybətcin göründü. Qəzəblənmiş qum burulğanları yekə palmaya dolanmış, nə başı, nəaxırı olan ilanabənzər sarmaşıq kimigecənin nəhayətsiz qaranlığında bədheybətihər tərəfdən bürüyüb öz qoynuna almışdı. Bu ad Mihyamidin qəlbində əbədi olaraqötüb keçməyəcək bir kədərlə bağlıdır. Bu adı əvvəllər harda və nə vaxt eşitmişdi?Mihaymid hamının fövqünə qalxaraq sanki məkan və zamanı, keçmiş və gələcəyibirləşdirən hansısa bir insanı, yox, hansısa insanabənzər bir varlığıxatırladı. O, əlində uzun, qana boyanmış bir şallaq tutmuşdu. Bəlkə, bu eləonun özüydü?

Şam yeməyi vaxtı Vad ər-Rəvvasiylə Səidbir-birlərini əvəz eləyərək bütün bu tarixçəni ona danışdılar. Səid dəqiqəbaşıhirslənirdi. Vad ər-Rəvvasi isə artıq heç nəylə təəccübləndirmək mümkün olmayanbir insan ədasıyla danışırdı. Onların dediyinə görə hər şey torpaq davasıüstündə başlamışdı. Axı, Bəkri qardaşlarının anası Məhcubun bacısıydı. Məhcubelə hasab eləyirdi ki, torpaq ona məxsusdur. Ancaq Bəkrinin oğlanları gözlənilmədəndayılarıyla kəllələşməyə başladılar – baxmayaraq ki, o şeyx idi, hörmət-izzətlsahibi olan ahıl bir adam, onlarsa sütül yeniyetmələr idilər. Onlar Məhcubaqarşı iddia qaldırdılar, onu məhkəmələrə çəkdilər. Torpağı itirsələr də Məhcubunnüfuzuna və hökmünə zərbə vurdular. Camaatın astadan pıçıldaşdığı və yaxud birkəlmə də danışmadığı şeylər barədə onlar bərkdən qışqırmağa cəsarət elədilər. Şəhərdədə sanki hamı elə bunu gözləyirmiş. Şayiələr baş alıb getdi, narazı adamların səsigəlməyə başladı. Ət-Türeyfi iclaslarda və məclislərdə Məhcubun əleyhinədanışmağa başladı. O, Məhcubun qulağı eşidə-eşidə deyirdi: Məhcubun quldur dəstəsivə onun əlaltıları Vad Həmiddə hakimiyyəti nə vaxt başqalarına təhvil verəcəklər?Bunlar bitib- tükənmiş adamlardır. Bəsdir! Onlar otuz ildən çoxdur ki, şəhərimizincanını boğazına yığıblar”. Bu cür nitqlər Məhcubu cinlədib özündən çıxardırdı.Ancaq Bəkrinin oğlanlarına qarşı nə addım atırdısa, öz nüfuzuna daha çox zərbəvururdu.

Vad ər-Rəvvasi acı-acı sual edirdi: "Əgərəxlaqsız, yava bir uşaq yaşlı, hörmətli bir adama öcəşirsə o nə edə bilərdi? Əgərvursaydı, deyəcəkdilər ki, pis adamdır, zəifləri incidir. Əgər yerindəoturtmasaydı, onda da başqa cür danışacaqdılar, deyəcəkdilər ki, çox acizadamdır, burnufırtıqlı bir uşaqla da bacara bilmir”.

Səid dedi ki, Məhcub öz bacarığına görəVad Həmidin lideri olmuşdu. Üstəlik, şəhər də onu "qəbul edirdi”. "Qəbul etmək”feili və ondan yaranan sözlər Məhcubun və onun dəstəsinin gözündə çox sanballıçəkiyə malik idi. Məsələn, hansısa adamı "qəbul edirlər” və ya kimsə "qəbuledir” tipli ifadələr onların dilində böyük tərif kimi səslənir. Sonra onlarbirdən gördülər ki, bu kəlmələr artıq öz mənasını itirib: oğulu ataya, arvadı ərə,işçini rəisə, kiçiyi böyüyə itaət eləməyə məcbur edən həmin əsrarəngiz,anlaşılmaz qüvvə bir gün öz varlığına son qoydu. Sanki şəhər sakinləri qəfilyuxudan ayıldılar və yaxud indiyədək görünməmiş yeni, qeyri-adi yuxu gördülər.Adamlar hər şeyə başqa gözlə baxmağa başladılar. Bu gözlərdəsə "qəbuletmə”hissindən savayı ən müxtəlif duyğular öz əksini tapmışdı.

Vad ər-Rəvvassi və Səid daha sonra söylədilərki, Bəkrinin oğlanlarının nitqləri camaatın beyninə və qəlbinə təsir göstərməyə,nəticədə şəhərdə yeni müxalifət partiyasının yaranmasına və onun gün-gündənböyüyüb möhkəmlənməsinə səbəb oldu. Partiyanı tərəfdarları kooperativin iclasınıçağırmaq tələbilə imza topladılar. Kooperativ yaranandan bəri hələ belə bir şeyolmamışdı. Onların məqsədi Məhcubu və onun tərəfdarlarını otuz ildən çoxduridarə elədikləri kooperativin və onun bütün komitələrinin rəhbərliyindənuzaqlaşdırmaq idi. İyirmi beş il ərzində mütləq səlahiyyət sahibi olan Məhcub qəfildənondan hasabat tələb edən Vad-Həmid sakinləriylə üz-üzə qaldı. Məsələ Merovadan[9]xüsusi olaraq bu əlamətdar gün münasibətilə təşrif buyurmuş kooperasiyalar üzrəbaş inspektorun sədrliyiylə ümumi yığıncağın keçirilməsiylə nəticələndi. Vad ər-Rəvvasinindediyinə görə birinci Bəkrinin oğlu Ət-Türeyfi çıxış elədi. O, uzun birpetisiya oxudu. Petisiyada ağıllarına gələn nə vardısa, hamısı öz əksinitapmışdı. Ət-Türeyfi Məhcubu korrupsiya və rüşvətxorluqda, mənimsəmə vədostbazlıqda, səriştəsizlik, səhlənkarlıq və qohumbazlıqda ittiham edirdi!Natiqlər bir-birini əvəzləyir və hamısı da ittihamçını müdafiə eləyirdi.Çıxışçıların arasında Seyfəddinlə indi Ac Qadınları Yemləyən Qüdrətli Səid dəvar idi. İclasdan sonra o yeni rəhbərlik üçün şam yeməyi verdi. Özüsə dərhal xəzinədaroldu. Təsəvvür edirsən, Mihyamid, hətta Məhcubun oğlanları da atalarının əleyhinəsəs verdilər. Qızlarsa Vad Həmiddə nümayiş keçirdərək qışqırırdılar: "Rəddolsun Məhcub və onun quldur dəstəsi”!

Vad ər-Rəvvasini əvəzləyən Səid davam elədi:

-Məhcub ağacdan düzəldilmiş müqəvva kimioturub bütün bu ittihamlara qulaq asırdı. Bizim dəstədən yalnız mənimlə ət-Tahirordaydıq. Əbdül-Hafiz məscidin yolunu tanıyandan sonra hər şeydən uzaqlaşıb,heç nəyə qarışmır. Nə desən əlini yelləyir: "Boş şeydir, cəfəngiyyatdır”. Əhmədhəmişəki kimi sərxoş olduğuna görə iclasa gəlməmişdi. Vad ər-Rəis də bildiyinkimi qarın ağrısından ölüb. Bəkri qardaşlarının anası, Məhcubun bacısı gəlibkişilərin arasında durdu və oğlanlarını ən pis sözlərlə söyüb biabır elədi.Bütün iclas boyu Məhcub yalnız bir dəfə ağzını açdı və bacısının üstünəqışqırdı: "Ay arvad, sən çıx evinə get”.

Başımıza qəribə, qeyri-adi işlər gəlir.Öz doğma uşaqlarımız özümüzə qarşı qalxırlar. Biz onlara məktəblər açmaqdanötrü tər tökə-tökə ora-bura qaçmışıq, onlarsa indi bu məktəbləri qurtarıb bizisaya salmırlar. Sən demə, şəhərdə qiyamət başlayıb, bizimsə heç nədən xəbərimizyoxdur, sanki fil qulağında yatmışıq.

Vad ər-Rəvvasiylə mən yerimizdən durubbir-bir həmin adamlara yaxınlaşdıq, hamısını öz adlarıyla çağırıb tək-tək məzəmmətelədik. Məhcubun onların qarşısındakı xidmətlərini xatırlatdıq. Dedik ki, ohamının əvəzinə özünü ora-bura vuranda, hər işin dalınca təkbaşına düşəndəbaşqaları mal kimi başlarını aşağı salıb gəzirdilər. Ancaq artıq gec idi. Əksəriyyətbizim əleyhimizə səs verdi. Şəhərdə günün günorta çağı Məhcub məğlub oldu.Goreşənlər Bəbir Məhcubu darmadağın etdilər. Uşaq-muşaqlar, tərbiyəsizavara-uvaralar və sırtıq qızlar. Onlar Bəkrinin oğlu Ət-Türeyfini sədr, Bəkrinindigər oğlu Həsəni cədr müavini, Bəkrinin üçüncü oğlu Həmzəni katib, QadınlarıYemləyən Səidi xəzinədar, Seyfədinisə nəzarətçi seçdilər. Dedilər ki, nəzarətçikooperativin işini yaxşılaşdırmaq üçün yaradılmış yeni vəzifədir. Nümayişəçıxan qızlar tədbirlərini bu şüarla başa vurdular: "İ-i-i-iyu-iya!”

Ət-Türeyfisə qışqırdı: "Yaşasın xalq!”Xalq hanı, xalq hardadır, kimdir? Qadınları Yemləyən Səid, Vad Rəhmətulla,Miftah əl-Həznə və başqaları? Bunlardı xalq?

-Bu iclas Məhcubun axırına çıxdı, – deyəVad ər-Rəvvasi söhbəti yekunlaşdırdı. – O özünü müdafiə məqsədilə bir kəlmə dədemədi. Sadəcə, ayağa durdu və çıxıb getdi. Həmin gündən sonra canlı meyit kimigəzir. Bəli, Vad Həmiddə bir era tamamlandı, başqası başladı. İndiyədək də bizbilmirik ki, bu necə oldu.

Gecədən xeyli keçmiş yavaş-yavaş evə tərəfgedən Mihyamıd düşünürdü ki, bu hadisənin məntiqi və əxlaqi mahiyyəti onatanışdır. Hələ çox-çox qabaqlar belə bir şey onun öz gözləri qarşısında da başvermiş, hətta özü də bunun iştirakçılarından biri olmuşdu. Onda da öz yerindəoturanlarla onların yerinə gəlmək istəyənlər arasında eyniylə bu cür müharibəgedirdi. Bəli, Mihyamidin harda olsa da həmişə özünü xəyalən, ruhən hiss elədiyi,darmadağın edilmiş alayının sorağıyla gəzib-dolaşan əskər kimi axtarıb tapdığıvə yanına qayıtdığı Vad Həmid artıq yoxdur. Onun ayaqları ötən əlli ilinağırlığı altında əzilsə də, daxilən özünü on yaşdan da balaca uşaq kimi hissedirdi. Göz-gözü görməyən qaranlıq bir gecəydi: matəm libasında yerində donubqalmış qadına bənzəyən akasiya kolları, qapqara zülmət içində bərq vuran xəyaliişıq şölələri, bütün bu heçliyin, yoxluğun bətnindən qopan zəif həyat səsləri...Qəflətən, qaranlıqdan bir səs eşidildi:

-Mihaymid!

Səs düz yaxından, qulağının dibindən gəldi:

Mihaymid cavab verdi:

-Bəli!

Həmin aydın və təmiz səs çağırdı:

-Mihaymid, gedək!

O gülümsündü və yenidən təkrar elədi:

-Bəli.

Onun heç ağlına da gəlmədi ki, bütünbunlar mümkün olan bir şey deyildi, o, sadəcə olaraq, qapqara zülmət dəryasındaişıq saçan ildırım şüasını çağırış kimi qəbul etmişdi.



[1]Səid ərəbcəxoşbəxt deməkdir.

[2]Piastr Sudan və Misir funtunun yüzdəbiri.

[3]Sodiri – Sudanın qərbindəkiKordofan əyalətində yerləşən yaşayış məskəni.

[4]Uzun köynəyəoxşayan milli kişi geyimi.

[5]Bəndər şəhərdeməkdir. Şəhərin şahı, burda şəhərin başçısı, hakimi, sahibi mənasındadır.

[6]Bahit "qızlar atası” deməkdir.

[7]Həliməninoğlu.

[8]Ənqərəbə- toru kəndir və ya qayışdan çəkilmiş Sudan çarpayısı.

[9]Merova –Sudanın şymalındavilayət mərkəzi.