adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 May 2018 12:46
25149
ƏDƏBİYYAT

BƏNDƏR ŞAH

Sudan yazıçısı Tayib Salih (1929-2009) XX əsr ərəb ədəbiyyatının məşhurnümayəndələrindən biridir. Onun tematik trilogiya hesab edilən "Zeynintoyu”, "Quzeyə köç mövsümü” və "Bəndər şah” əsərləri dünyanın bir çoxdillərinə tərcümə olunub və böyük rəğbət qazanıb. Mehman Cavadoğlu bu əsərləriAzərbaycan dilinə tərcümə edib. Adalet.az həmin tərcümədən bəzi parçaları özoxucularına təqdim edir.

 Əvvəli burada

9

Əyləncəliaxşamlar, ziyafətlər dövrü keçmişdi. Hamı tökülən qanlara bulaşmışdı. Əvvəlki məhəbbətməhv olmuş və ya öz məhvinə yaxınlaşmışdı. Günəşsə çıxır və batırdı, ay göyqübbəsinin başına qalxır və enirdi, küləklər əsir, çaylar axır, şəhər yatır vəoyanırdı. Ancaq hər şey mənasını və ləzzətini itirmişdi.

Hadisədən üç ay sonra onların üçüyləbabamın evində rastlaşdım. Hamısı səssiz-səmirsiz və saymazyana şəkildəçarpayıda uzanmışdı. Baş verənlərin məğzini anlamağa çalışaraq xeyli gözlədim.Bəndər şahın tapşırığıyla Məryudun buzovla bağlı qiymətləşməyə gəldiyi səhərixatırladım. Bəzən möcüzə necə də fəlakətə oxşayırmış!

Artıq səbrimi cilovlaya bilmədim. Nəyinbahasına olursa-olsun onlarla açıq söhbət eləmək qərarına gəldim və qışqırdım:

-Hərşeyə görə Bəndər şah məsuliyyət daşıyır. Əgər o olmasaydı, bu baş verməzdi.

Mənim bu kobud sözlərimə yüngülvari əsəbihərəkətlərlə reaksiya versələr də, susmaqlarına davam etdilər. Həlak olanlarçoxdur, onların hamısını unudub yalnız birindən ötrü ağlamağın nə mənası var?

-Deyilənə görə, Bəndər şahla nəvəsi fədakarcasınamüqavimət göstəriblər.

Vad Həlimə buna əsəbi şəkildə etiraz elədi:

-Kim bunu eşidib-görüb,ki, hələ birağızdolusu da danışırlar.

Mən hər vasitə ilə onların susqunluğunupozmağa çalışaraq dedim:

-Mən eşitmişəm, adamlar belədanışırdılar.

Ancaq onlar yenə susdular. Yalnız babamdilləndi:

-Qoy, allah onlara lənət eləsin.

Həmin səhər Həməd Vad Həlimə onlarınhamısından çox fəlakət içindəydi. Yəqin ki, onun qəlbi hələ də bu ağır təəssüratlariçində çırpınırdı. Əgər o danışsa, digər iki dostu da söhbətə qoşulacaq. Mənona üz tutdum:

-Bəndər şahı birinci sən gördün, eləmi?

-Muxtar Vad Həcəb ər-Rəsul əsəbi tərzdəfısıldamağa başladı. Vad Həlimə ah çəkdi, babamsa dedi:

-Əclaf zəmanədir.

Mən acı-acı düşündüm ki, görünür, onlartezliklə axırlarının çatacağını hiss eləyirdilər. İndi bu üç ixtiyar qoca olabilsin, özlərinə ölüm də arzulayırdı. Ömürləri o qədər uzun çəkdi ki, həttadünyanın günahlar burulğanında boğulduğunun şahidi oldular. Bəndər şah məsələsindənsonra həmyaşıdlarının çoxu qəflətən vəfat elədi. Babam hər dəfə onlarınhansınınsa ölüm xəbərini eşidəndə ağır sarsıntı keçirdirdi. Həmin olaylardansonra həqiqətən çox qəribə işlər oldu. Əl-Kyəşif Vad Rəhmətulla yaşının ahılçağında qəfil şəhərimizi tərk etməyi qərara aldı. İmam məscidə gələnlərə xütbəoxumaqdan imtina elədi və dedi ki, artıq onların hamısı lənətlənib, bundansonra onlara daha nə dua, nə də öyüd-nəsihət kömək edən deyil. O, ömrünü başavurmaq üçün Məkkəyə yollandı. Bəkrinin əlli il dustaq kimi evdə oturan arvadıbaşı açıq halda ərinin evindən çıxdı və bir daha ora dönməyəcəyinə and içdi.Qiyam qaldırmayanlar qiyama qalxdılar. Həmişə özlərini sakit aparanlar savaşaçıxdılar. Adamlar danışırdılar ki, şeytanlar günün günorta çağı şəhərin küçələrindəgəzməyəbaşlamışdı.

Mən davam elədim:

-Deyirlər, onlar Bəndər şahı və nəvəsinikəndirlə zalın ortasındakı kreslollarına bağlayıblar.

Vad Həcəb ər-Rəsul nəfəsini çəkməkləkifayətləndi. Ardınca Vad-Həlimə də dərindən nəfəs aldı, babamsa dilləndi:

-Qoy, allah onların hamısına lənət eləsin.

-Deyirlər, onlar babanı və nəvəni nilakasiyasının kökündən qayrılmış qamçıyla döyüblər.

-Babam qəflətən durub çarpayının üstündəoturdu:

-Deməli, boğmayıblar və xəncərlədoğramayıblar?

-Bir də deyirlər ki, o, şir kimivuruşurmuş, az qala öz on bir oğluna üstün gələcəkmiş.

Muxtar ər-Rəsul açıqca təəssüf hissilədedi:

-O, başqalarının tayı deyildi, əslbahadır idi. Hə, əlbəttə, onların hamısı eyni materialdan düzəlmiş adamlar idilər.Nəvəsi davamçısı olduqu üçün onu özü kimi, özünə oxşar yaratmış, ona on bir oğlununüzərində hakimlik etmək səlahiyyəti vermişdi. Onlar sevgi və mərhəmət hissinitam unutmuşdular, gücə tapınaraq idarə edirdilər. Bütün bunlar hamısı sonra üzəçıxdı. Hər ikisi qeyri-insani bir enerjiyə malik adam idi.

Mən dedim:

-Danışırlar ki, Məryud onların hər birinətapşırıqlar verir, mükafat ödəyirdi. Böyüklü-kiçikli hər şeyə fikir verirdi.Onun gözündən heç nə yayınmırdı. Hər axşam böyük zalda məhkəmə qururdular. Bəndərşah və Məryud zalın ortasındakı hündür kresloda oturub birlikdə hökm çıxardır,günahkarlara şallaq cəzası kəsilirdi. Məryud şallaqlayır, Bəndər şahbardaşqurma oturub qulaq asır və tamaşa edirdi. Siz bunları bilirdiniz?

Sualıma heç kim cavab vermədi. Mən heyrətiçindəydim. Axı adamın necə dərisi qara, gözlərisə yaşıl ola bilər, adam necəbir-birinin ardınca on bir oğul dünyaya gətirə, sonra da yeganə nəvəsini həminoğlanlarının başı üstündən özünün yer üzündəki kölgəsi elan eləyə bilər?! Məndavam elədim:

-Danışırlar ki, babayla nəvə birlikdə şərabiçir, gecələrsə kənizlər onlar üçün oxuyur və çılpaq şəkildə rəqs eləyirlər. Buya böyük zalda, ya da çadırların içində baş verir. Siz bunu bilirdiz?

Yenə də sualıma cavab verən olmadı. Mən təsəvvürümdəonların yüksək təpənin başında qurulmuş və yaşayış məhəlləsindən uzaqda yerləşənkiçik qalalara oxşayan çadırlarını canlandırdım. Dedim:

-Danışırlar ki, Məryüd Bəndər şahınadından onların ən məhrəm işlərinə də qarışırdı. Onlar hətta doğma qızlarını daözləri ərə verə bilmirdilər.

Babam dedi:

-Şahidlik edirəm: Allahdan başqa tanrıyoxdur.

Həməd Vad Həlimə əlavə elədi:

-Şahidlik edirəm: Məhəmməd allahınelçisidir.

Mən öz ifşaedici açıqlamalarıma davam elədim:

-Danışırlar ki, Məryüd onları sübh tezdəndurquzur, gün batandan sonra evə salıb qapını kilidləyirdi. Hər gün onları malkimi sürüb işə aparırdı.

Onlar öz çarpayılarında qurdalandılar,ancaq heç nə söyləmədilər. Mən davam elədim:

-Danışırlar ki, Bəndər şah özövladlarını mirasdan məhrum eləyib və bütün mal-mülkünü Məryudun adınakeçirdib. Deyirmiş ki, onların hamısı birlikdə Məryudun çeçelə barmağınındırnağına dəyməz.

Vad Həcəb ər-Rəsul qışqırıb yerindəntullandı:

-Sən Vad Cabir əd-Dara, Vad Miftaha əl-Həznəvə Vad Rəhmətulla kimi əclafların sözlərinə qulaq asırsan. İndi, əlahəzrət məhkəməbaşa çatandan sonra dedi-qoduyla məşğul olmağa başlayıblar: "Bəndər şah elə gəldi,belə getdi, filan-filan oldu”. Bəndər şah başqa adamlara oxşamırdı. Bəndər şahşərab içib? Allah şahiddir ki, Bəndər şah ömründə şərab içməyib, heç bir pis iştutmayıb.

Qəflətən üçü də yerindən qalxdı və məni qəbirdəkikimi tək qoyaraq bir-birlərinə söykənə-söykənə çölə çıxdılar. Məni hədsiz qəzəbvə kədər hissləri bürüdü, karıxdığımdan yerimdəcə donub qaldım.

10

Kürəyi üstəuzanmış Ət-Tahir Vad ər-Rəvvasi tavana baxa-baxa dedi:

-Bilirsiz, qardaşlar, bu dünyada hərşey tərsinə alınır. Bax, Mihyamid, götürək səni, fermer olmaq istəyirdin, ancaqşəhər əfəndisi oldun. Məhcubsa əfəndi olmaq istəyirdi, ancaq əkinci oldu.

Axır vaxtlar Məhcubun vəziyyətiyaxşılaşıb. Daha astmadan şikayət eləmir, daha məscidə sübh namazına getmirdi.O, gülə-gülə dedi:

- Allah köməyi olmuş, əgər vaxtındaoxumağa getsəydim, indiki savadlılar mənimlə ayaqlaşa bilməzdilər. Ya rəis, yada nazir olardım.

Ət-Tahir etiraz elədi:

Bu çox sadə işdir. İndiki zəmanədə nazirolmağa nə var? İmanıma and olsun ki, əgər Bəkrinin oğlu Ət-Türeyfi nazirolmasa, mən heç atamın oğlu deyiləm.

Mihyamid söhbətə qoşuldu:

-O necə nazir ola bilər? Bütün nazirpostları artıq tutulub.

Ət-Tahir dedi:

-Bir şey fikirləşərlər.Götürüb xeyriyyəçəmiyyətləri üzrə nazir qoyarlar. Ağıllarına nə düşsə eləyərlər.

Məhcub etiraz etdi:

-Bəkrinin oğlu Ət-Türeyfi heçkooperativin öhdəsindən gələ bilmir. Sən də istəyirsən ki, hələ nazir olsun?

Ət-Tahir cavab verdi:

-Sən elə bilirsən söhbət qabiliyyətdəngedir? Burda hər şey çox sadədir. Əsas məsələ gözəl danışıb, az iş görməkdir.Tez-tez qışqırmaq lazımdır: "Yaşasın filan şey, eşq olsun bəhmən şeyə!” Gördünhansı partiya güclüdür, onun üzvü ol. Hardasa nitq söylə, hardasa banket təşkilelə, hardasa rüşvət ver. Ən azı bir də gördün ki, parlamentin deputatısan.Bundan sonra özünçün dalı üstə uzan, tavana tüpür.

Mihyamid soruşdu:

-Əgər parlamentə seçiləndən sonra səninazir qoymasalar, onda neyləyəcəksən?

Vad ər-Rəvvasi cavab verdi:

-Əgər məni nazir qoymasalar, canımhaqqı, hərbi çevriliş edərəm.

-Bəs sonra?

-Nə sonra? Vəssalam. Özümçün yatıb şellənəcəm.Bir şey lazım olan kimi zəngin düyməsini basacam: "Filankəs gəlsin, filankəsçıxsın. Səni polis rəisi, sənisə inspektor təyin edirəm. Sən mənə yaramırsan,haydı zindana. Sənin görünüşün xoşuma gəlmir, sənsə döşümə yatan oğlansan”.Onda şəhərdə "şevrole”ylə gəzəcəm, adamlar da qışqıracaqlar: Yaşasın Ət-TahirVad ər-Rəvvasi! Ət-Tahir Vad ər-Rəvvasiyə eşq olsun!” Vəssalam. Artıq mən ali hökmdaram.

Məhcub qəhqəhə çəkdi:

-Ay sənin, gör, bir hara gedib çıxdın!Gör, sən nə fikirlışirsən? Dövlət idrə eləmək zəngin düyməsini basıb "filankəsgirsin, bəhmənkəs çıxsın” deməkdir?

Mihyamid dedi:

-Məlumun olsun ki, orda sənin"şevrole”ndən daha yaxşı maşınlar var, "şevrole” onların yanında atın böyründəkieşşəyə oxşayır.

Vad ər-Rəvvasi təəccübləndi:

-Doğrudan? Onlar hətta "şevrole”dən dəböyükdür.

-Əlbəttə.

-Çox böyükdür?

-Belə də, bax bu otaq boyda.

-Hə, hər şey allahın iradəsinə bağlıdır.

-Əgər elədirsə, qoy, yaradan sizibağışlasın. Sabahdan məni prezidentliyə namizəd hesab eləyin.

Üçü də birdən güldü.

Nahardan sonra söhbət davam elədi.Onlar elə bayaqkı pozada çarpayıda uzanmışdılar. Mihyamid dedi:

-Eh, əziz dost, sən allaha minnətdarolmalısan. Direktor kimdir, nazir kimdir? Sən onların hamısından yaxşıdurumdasan. Nə qayğı çəkirsən, nə başağrısı.

Məhcub kədərlə köks ötürdü. Ət-Tahircavab verdi:

-Vallah, sən haqlısan. Nə qədər ki,adamın şam eləməyə nəyisə var, onun polis rəisi və ya hansısa bir generalolmağına ehtiyac yoxdur. Mihyamid, indi özün de. Bütün ömrün boyu oxudun,ora-bura getdin, axırda yenə də bu bədbəxt Vad Həmidə qayıtdın. Özü də necəgetmişdin eləcə, əli ətəyindən uzun. Sən sanki səhvən əfəndi olmuşdun. Gör, neçəvaxtdır ki, çöldə-bacada külüng çalırsan, torpaqla əlləşirsən.

Babasının çarpayısında uzanmış Mihyamid dərindənnəfəs aldı, bir az fikrə gedib dedi:

-Sən düz deyirsən. Əslində, bu, Məhcubungedəcəyi bir yol idi. Məhcub şöhrətpərəstdir, hökm eləməyi sevəndir. Mənsə həqiqətisevirəm. Hakiməyyətə və həqiqətə aparan yollar bir-birindən ayrıdır.

Vad ər-Rəvvasi acı-acı güldü:

-Deməli, indi sən bədbəxt Vad Həmidə onagörə gəlmisən ki, burda həqiqət var? İşə bir bax!

Məhcub dedi:

-Burda məsələ həqiqətdə deyil, onun özaxmaqlığındadır. Biz Mihyamidlə ibtidai məktəbdə bir oxumuşuq. Yadındadır? Mənsinifdə ən qabiliyyətli şagird idim. Mihyamidsə dərslərdən geri qalırdı. Birgün rəhmətlik atam dedi: "Daha oxuduğun bəsdir. Bu məktəb-zad boş-boşuna vaxtitkisindən, çənə döyməkdən başqa bir şey deyil”. Həmin il məhsul bol idi,adamlar əldən-ayaqdan düşmüşdülər. Atam dedi ki, bizimlə sahədə işləməyə gedəcəksən,başqalarından nəyin artıqdır. Mihyamidin atası da, eyni sözü dedi. Ancaq babasıöz dediyindən dönmədi: "Qətiyyən ola bilməz. O, sona kimi təhsil dalınca getməlidir”.Bəs bu son harda qurtarırdı? Mihyamid hər yeri dolandı, fırlandı və yenidən torpağaqayıtdı.

Ət-Tahir dilləndi:

-Onun babası qürurlu, hökmlü adam idi.Əgər beyninə bir şey girdisə, öldürsən də dediyindən dönən deyildi. Allah onubağışlasın!

-Bundan sonra, – Mihyamid dedi, – hərşey baş-ayaq düşdü. Adam lap başlanğıcda "yox” deməyi bacarmalıdır. Vad Həmiddəməmim günüm xoş keçirdi. Gündüzlər sahədə işləyir, axşamlarsa qızlarçün mahnıoxuyurdum. Cələylə quş tutur, begemot kimi şappıltıyla Nildə hoppanıb-düşürdüm.Qəlbimdə bir rahatlıq, sakitlik hökm sürürdü. Mən ona görə şəhərli əfəndi oldumki, babam belə istəyirdi. Məktəbi qurtarandan sonra həkim olmaq istəyirdim,ancaq müəllim oldum. Maarif nazirliyində Merovada işləmək istədiyimi bildirəndədedilər: "Yox, Xartumda işləyəcəksən”. Xartumda oğlanlara dərs keçmək istədiyimibildirəndə dedilər: "Yox, qızlara dərs keçəcəksən”. Qızlar məktəbində tarixdəndərs demək istədiyimi bildirəndə mənə etiraz etdilər: "Sən Avropa çoğrafiyasınıtədris eləyəcəksən”. Hər şey belə oldu.

Vad ər-Rəvvasi güldü və sonra dedi:

-Adamlar kordurlar. Allaha and olsun ki, səninyerinə olsaydım, çevriliş edərdim.

Məhcub dedi:

-Eh, kaş, elə bir çevriliş olaydı ki, Bəkrininoğlu Ət-Türeyfi kooperativin sədrliyindən uçub gedəydi!

Mihaymidin gözlədiyi sual qəflətən üzəçıxdı. Vad ər-Rəvvasi cəld hərəkətlərlə tez-tələsik yerindən durub çarpayınınüstündə oturdu və dedi:

-Mihyamid, sən Məhcubdan və məndən xeylicavansan. Məncə hələ pensiya yaşına çatmarsan. Nəyə görə səni vaxtından tez təqaüdəgöndərdilər?

Mihyamid bununla bağlı uydurduğu namaz məsələsinixatırladı və güldü.

Məhcub Vad ər-Rəvvasinin sözünə dəstəkoldu:

-Doğrudan, nə məsələdir?

-Gördüm ki, daha səbrim tükənib, – deyəMihyamid cavab verdi, – rəhbərliyin yanına gedib dedim: "Bəsdir. Dahabacarmıram. İmtina edirəm. Mənimlə hesablaşın. Öz doğmalarımın, babamın, atamınyanına qayıtmaq istəyirəm. Başqaları kimi əkin-biçinlə məşğul olmaq istəyirəm.Gil bardaqdan təmiz su içəcəm, çörəyi isti-isti təndirdən çıxardıb yeyəcəm. Gecələröz evimin həyətində oturacam və təmiz, əsrarəngiz səmanı, gümüş boşqab kimi bərqvuran ayı seyr edəcəm”. Onlara dedim ki, keçmişə, adamların adam, dövranındövran olduğu günlərə qayıtmaq istəyirəm. "Bəsdir, dedim, mənim işimə baxın,haqq-hesabı üzün, birdəfəlik vidalaşaq.

Vad ər-Rəvvasi soruşdu:

-Bəs, onlar sənə nə cavab verdilər,Mihyamid? Deyirlər ki, paytaxtakı rəislər çox ciddi olurlar, allah saxlasın.İngilislərin vaxtı olsaydı, üstünə qışqırıb deyəcəkdilər ki, "rədd ol burdan”.İndisə, deyilənə görə, bizim paytaxt rəisləri, sadəcə, adamın dalından təpikvururlar.

Mihyamid gülə-gülə dedi:

-Daldan təpik-zad vurmurlar. Nəzakət vəehtiramla. Tam rəsmi qaydalar çərçivəsində, qanunun bütün bəndlərinə uyğunolaraq: "Təəssüflə sizə bildiririk ki, məmuniyyət hissilə nəzərinizə çatdırırıqki...” Düz bir ay evdə oturdum. Sonra məsələ qarşılıqlı razılıqla yolunaqoyuldu. Axı, cəmi bir il xidmət vaxtım qalmışdı. Onu staja əlavə eləyib dedilərki, "yaxşı yol”.

Bəs səninlə hesablaşıb qurtarandan sonraürəyin sakitləşsin deyə heç kimin sifətinə bir-iki yumruq ilışdirmədin?

Məhcub dedi:

-Mihaymid davakar adam deyil.

-Əgər hər şeyi ağılla yoluna qoymaqmümkündürsə, dalaşmaq nəyə lazımdır? – deyə Mihyamid cavab verdi.

-Mihyamid, bəs sənin oğlanların,qızların necədirlər?

Mihyamid kədər hiss olunan səslə dedi:

-Oğlanlarımı dövlətə etibar eləmişəm,qızlarımsa yaxşı, ləyaqətli insanlarla ailə qurublar. Onlar indi maşınlar vəvelosipedlər dünyasında yaşayırlar. Bura gəlmək istəsələr, gözlərim üstə yerlərivar, orda qalmaq istəsələr, elə hesab edərəm ki, onları azadlıq, sivilizasiya vədemokratiya əsrinə hədiyyə etmişəm. Mən özüm səhvən əfəndi olmuş əkinçiyəm.Dünyanı gəzib-dolandım və axırda başladığım yerə qayıtdım. Qayıtdım ki, öləndəburda dəfn olunum. And içmişdim ki, öz meyitimi ancaq Vad Həmid torpağındanbaşqa heç bir yerə tapşırmayacağam.

Vad ər-Rəvvasi gülə-gülə dedi:

-Mihyamid, sən ya şairsən, ya daqocalıqdan ağlını itirmiş sadəlövh bir insan. Biz sənə deyirik: "Bizim bədbəxtVad Həmidə xoş gəlmisən. Yayda buranın istisinə, qışda soyuğuna dözmək olmur.Xurma ağacları tozlanmağa başlayanda qarışqaların, məhsul yetişəndəsə milçəklərinəlindən qaçıb canını qurtara bilmirsən. Bura həm ilanlar, həm əqrəblər, həmmalyariya, həm də dizinteriya məskənidir. Sən soruş, biz deyək. Burda adamdoğulanda da, öləndə də ağlaş eləyirlər. Sən, hörmətli cənab, bütün ömrün boyusərinkeş altında kabinetdə oturub sərinləmisən. Su krandan gəlib, elektrikişığı, nə bilim, birinci dərəcəli vaqona bilet. Məgər, düz demirəm? Qışdaayaqyalın, başaçıq qalıb soyuqdan donmamısan. Eşşək səni belindən yerəçırpmayıb. Sən, allah eləməmiş, sel-su basar və ya quraqlıq qurudub məhv eləyərdeyəpalmaların taleyindən narahatlıq keçirməmisən. Sən taxılı quşlarındimdiyindən, çəyirtkələrin caynağından qorumaq üçün ürək ağrısıyla gecəni-gündüzəqatmamısan. İndi, orda külək bir balaca səmtini dəyişən kimi uzanıb göyünyeddinci qatında ayın necə işıq saçmasına baxmaqdan ötrü durub bura gəlmisən.Lütfən, buyurun, möhtərəm cənab! Min dəfə "xoş gəlmisiniz!”

Məhcub gülə-gülə qışqırdı:

-Afərin, Vad ər-Rəvvasi!

Mihyamid nə vaxtsa xeyli əvvəllərgüldüyü kimi incə və uğultulu səslə güldü:

-Əgər bizim ikimizdən birimiz şairdirsə,onda həmin şair elə sən özünsən.

11

Mənimhesablamalarıma görə Ət-Türeyfinin indiotuz altı və ya otuz yeddi yaşıolmalıdır: Zeynin toyu olanda onun təxminən on iki yaşı var idi. Həmin il Məhcubotuz beş yaşındaydı. Bunu dəqiq bilirəm. Sonralar çoxlu qızı olan (indi hamısıgəlindir) Əhmədin yaşısa iyirmiydi.

Mən bu gün səhər terrasda əlində birfincan kofe tutaraq ayağını- ayağının üstünə aşırdıb qarşımda oturmuşƏt-Türeyfinin üzünə baxırdım. Balaca, bicbala gözlərini və ağzının sol küncündəqərar tutmuş,həmsöhbətinə qətiyyən düşündüyünü danışmayan bir adam olduğununümayiş etdirən kinayəli təbəssümünü nəzərə almasaq, sifətində nəzərə çarpaçaqbir şey yox idi. Bu sifətdə başqalarının üzərində hökmranlıq etməyə imkan verənbaşqa nəsə də var idi: fədakarlıqla qorxunun, səxavətlə tamahkarlığın,ehtiyatlıqla cəldliyin, səmimiyyətlə yalançılığın qarışığından doğan cizgilər.Ona baxanda adamda elə təəssürat yaranır ki, qarşısında dayanan şəxs öz rolunuoynayan aktyordur: siz səhnədə baş verənlərin həqiqət olmadığını yaxşı başadüşsəniz də, onarın həqiqətə oxşamasıyla bağlı üllüziyalardan yaxa qurtarabilmirsiniz. Ət-Türeyfi öz rolunu gözəl oynayırdı. O mənim qarşımdakı"monoloq”unu bu sözlərlə bitirdi:

-Həyat daim qabağa getməlidir, geriyə yox.Şübhə etmirəm ki, kim olmasa da, sənbunu yaxşı başa düşürsən. Məhcub artıq öz rolunu oynayıb. İndi biz öz üzərimizədüşən missiyanı gerçəkləşdiririk.

Bu sözlərə qulaq asa-asa Ət-Türeyfinin Məhcubunsadəcə, qohumu, bacısı oğlu deyil, həm də kürəkəni olduğunu xatırladım.

-Məhcub və onun kompaniyası – o dedi –mütləq hakimiyyət hüququna malik olduqlarını düşünürlər. Onlar artıq şəhərin dəyişdiyiniunudublar. Vad Həmid otuz il bundan qabaqkı Vad Həmid deyil. Yeni nəsil vəonunla birlikdə yeni şərait, yeni ehtiyaclar yaranıb. Qabaqlar çayda gəmi görünənkimi adamlar böyük bir palma ağacının altına yığışaraq onu elə maddım-maddımseyr edirdilər ki, elə bil böyük bir möcüzəyə baxırdılar. İndi zəmanə başqadır.

Mən onun uşaq vaxtı Məhcubun qonaqotağında bizə necə su süzdüyünü xatırladım. O bu ənənəvi vəzifəni çoxbaşdansovdu və saymazyana yerinə yetirir, başqa uşaqlar kimi "bəli-baş üstə”demirdi. Bu cür davranışla bizə elə bir hiss aşılayırdı ki, özünüz-özünüzəqulluq etməlisiniz. Kim bilir, bəlkə də o artıq lap erkən çağlarından başadüşmüşdü ki, adamın adamdan neçə yaşsa böyük olması hələ heç nə demək deyil. Məktəbmüəllimləri deyirdilər ki, o çox bic, ikiüzlü şagirddir, daim başqa uşaqları dəcəlliyə,sözə qulaq asmamağa təhrik edir, özüsə həmişə sudan quru çıxır. Aranı qatan o,cəza alan başqaları olur. Bir sözlə, ət-Türeyfi anadangəlmə bu cür xasiyyət yiyəsidir,necə deyərlər, belə rollar oynamaq onun alnına yazılıb.

Zeynin toyunda qonaqların gəldikləri eşşəklərəyem verməyi Məhcub ona həvalə etmişdi. Ancaq onun könlündən içki içənlərə şərabpaylamaq keçirdi. Məhcub eşşəklərə yem verilmədiyini görəndə adamlarƏt-Türeyfini axtarır və sərxoşlarla birlikdə çaxır içən yerdə tapırlar. Məhcubonun üstünə qışqırır və sifətinə bir şillə ilişdirir. Ancaq Ət-Türeyfi dilinidinc qoymur. "Sən özünü nə hesab edirsən”? – deyə Məhcubun üstünə qışqırır vətoyu tərk eləyib gedir.

Artıq lap balaca vaxtlarından o, yaşınauyğun gəlməyən şeylər eləyirdi. Özündən böyüklərin yanında ayağını ayağınınüstünə aşırdıb oturur, hamının böyük hörmət bəslədiyi Vad əş-Şaib başına gələn əhvalatlardandanışanda bərkdən əsnəyir, böyüklərin söhbətinə qarışır, öz fikrini açıq şəkildəsöyləyir, daim atası yerində olan adamların fikirlərini mənasız və axmaq fikirləradlandıqaraq onların ziddinə gedirdi. Hamı bir nəfər kimi qət etmişdi ki, bu gədədənheç vaxt adam olmayacaq.Məhcub onun atasıyla görüşərkən bəzən deyirdi: "Qoy,allah bizi sənin oğlun Ət-Türeyfinin alçaq hərəkətlərindən qorusun”.

Bütün bunlara baxmayaraq, Ət-Türeyfi özüstünlüyü və özü seçdiyi, könlü istədiyən işi yüksək səviyyədə görmək qabiliyyətiyləhəmişə camaatı heyrətləndirib. Vad Həmid onun çox cəsur hərəkətlərinin şahidiolsa da, bu hərəkətlərinə görə öz həqiqi qiymətini almayıb. Çünki hər hansıyaxşı bir hərəkətinin ardınca dərhal adamların əttökən, biabırçılıq hesab elədiklərielə işləklər durquzub ki, bütün xoş əməllərinin üstündən xətt çəkib. Öz hərəkətlərininyaxşı və pis qəbul olunacağı sanki onu qətiyyən maraqlandırmırdı. Adamlar onanecə münasibət bəsləməyi bilmədiklərinə görəheyranlıq və qorxu hisslərininqarışığından yaranmış bir ovqatla yanaşırdılar.

Ət-Türeyfi davam elədi:

-İnsanlara öz rolunu dərk eləyən liderlazımdır. Məhcubsa özünü köçəri ərəblərin şeyxi kimi aparırdı. Söz var, işyoxdur. Bilirəm ki, Məhcub sənin dostundur, ancaq dediklərimin hamısı həqiqətdir.

Nilin daşması nəticəsində hər tərəfi özağuşuna almış güclü sel vaxtı ət-Türeyfinin Əmuna Bint Ət-Tomu xilas eləməyinixatırladım. O, adayla çayın sahili arasında üzərək bütün gecəni yatmamışdı:burda harasa bağlanmış inəyi azad eləyir, orda bənd qurur, başqa yerdə suyuniçində qalmış şeyləri çıxardır və ya kömək diləyən adama yardım əlini uzadırdı.Səhər camaat özünə gələrək elliklə sellə mübarizəyə qalxanda o öz evindəyatırdı. Sakinlərindən kimin gəlib-gəlmədiyini yoxlanılarkən bəziləri deyinməyəbaşlamışdı: "Görün, bu Bəkrinin oğlu Ət-Türeyfi necə adamdır. Hamı işləyir,zülm çəkir, osa evdə özüyçün fıs vurub yatır”.

Amuna Bint At-Tom hər şeyi camaatadanışsa da, heç kim ona inanmır. Hamı bir yerə yığılanda Qadınları Yemləyən Səiddeyir:

-And olsun müqəddəs dinimizə, Ət-Türeyfigözəl insandır, sizsə korsunuz.

Vad əş-Şaibsə camaata qoşularaq rişxəndləonun sözlərinə gülür:

-Qadınları Yemləyən Bəkrinin oğlunureklam edir. Bu bədbəxtlə o dikbaş qoçu yaxşı tapışıblar.

Bütün bunlara baxmayaraq, günlərin birgünü adamlar böyük akasiyanın altına toplaşaraq Ət-Türeyfini özlərin rəhbərseçdilər.

İndisə Ət-Türeyfi nitqini davametdirirdi:

-Qohumluq və dostluğun heç bir əhəmiyyətiyoxdur.

-Mən ondan soruşdum:

-Bəs sənin prinsiplərin nədir?

Ola bilsin ki, yanılıram, ancaq mənə eləgəldi ki, o çox dikbaş tərzdə cavab verdi:

-Mənim prisiplərim bu şəhəri gerilik vətənbəllik girdabından qurtarmaqdır. Sivilizasiyaya doğru getmək, zamanla ayaqlaşmaqlazımdır. Bizim əsrimiz elm və texnika əsridir. – Sonra lovğa-lovğa mənə baxıbsoruşdu: – sənin indi baş verən proseslərə münasibətin necədir?

Mən güldüm. Gülüşüm onu acıqlandırdı və məncədaha böyük təkəbbür və lovğalıqla dedi:

-Bu ciddi məsələdir. Belə məsələlərləzarafat eləmək olmaz. Sənin mövqeyin necədir?

Könlümdən onu yaman cırnatmaq, ələ salmaqkeçsə də, özümü saxlayıb heç nə demədim. Yəqin ki, Ət-Türeyfi ona xüsusi rəğbətləyanaşmağımın səbəblərini bilmir. Axı, o, Məryəmin oğludur. Əgər o vaxt babam"yox” deməsəydi, mənim oğlum ola bilərdi. Məryəm öz oğluna qarşı çıxaraq,qardaşının tərəfini saxlamış və evini tərk edib Məhcub gilə köçmüşdü. Hərçənd,Ət-Türeyfi ailənin ilki, anasının sevimlisi və fəxriydi. Həmin hadisədən sonrao öz oğluyla görüşmədi. İmşir ayındasa qadın öldü və biz onu günəş batmamış,ertəykən dəfn elədik. Çox kədərli mənzərəydi. Mən hələ Ət-Türeyfinin ağladığıkimi ağlayan bir kişi görməmişəm. Biz üçümüz – Vad ər-Rəvvasi, Əbdül Hafiz və mənonu anasının ardınca qəbirə tullanmaqdan güclə saxlaya bildik. Bədbəxt. O daiztirab çəkməyi bacarırmış. Şöhrətpərəstlik insanı haralara, hansı yüksəkliklərə dartıb aparsa da, o həmişə qadın övladıolaraq qalır. Görünür, Ət-Türeyfi bu fikirlərin mənim sifətimdə necə əks olunduğunugördü. Qəflətən qamətini düzəltdi, əlindəki siqareti söndürdü və oturduğustulun üstündə qurdalanmağa başladı. Sonra yavaşca nəfəsini dərdi və gözləriniküt-küt aşağı dikdi. Mən mümkün qədər yumşaq tərzdə dedim:

-Sən imşir ayındakı həmin erkən sübhçağını xatırlayırsan?

O, başını qaldırıb təşviş içində mənəbaxdı:

-Hansı səhəri?

-Məryəmin dəfnindən sonra adamların məscidədoluşduğu səhəri.

O yenə keyləşərək gözlərini aşağı dikdi vəheç bir cavab vermədi. Mən davam elədim:

-Biz səni qəbirstanlıqdan huşsuz vəziyyətdəçıxartdıq. Sən bunu xatırlayırsan?

-Yox, xatırlamıram, – deyə kəskin şəkildəcavab verdi.

-Sən qəbrin kənarında dayananda huşunuitirdin, bir də səhər tezdən məsciddə ağlayanların səsinə ayıldın. Ayılmamışdanazca əvvəlsə yuxu görmüşdün. Yadına düşür?

O, əsəbi halda etiraz elədi:

-Yox, yadıma sala bilmirəm.

Mən ona dedim:

-Yuxuda səs eşidirdin.

-Mən heç bir səs-zad eşitməmişən, – yenidənetiraz etdi.

-Səniçağırırdılar.

-Məni heç kim çağırmırdı, – demək olarki, çığırdı.

Mən ona xatırlatdım:

-Məgər sən həmin səhər nə baş verdiyiniunutmusan? Yadındadır, məscidə yığışanlar necə ağlayırdlar? Yadındadır, sən eləağlayırdın ki, az qala canın bədənindən ayrılacaqdı?

O, başını qaldırdı və gözlə sezilən birciddi-cəhdlə yaddaşını qurdalamağa başladı. Səsi titrəyə-titrəyədedi:

-Xatırlamıram.

Görünür, onunla şox amansız davrandım. MənimVad Həmidə gəlişimin səbəblərindən biridə nə qədər gec deyil, həqiqəti öyrənmək arzusudur. Bu körpüdən mən də keçmişəm,mən də özümə əziz olan çox adamı dəfn eləmişəm, köhnənin yerində təzənin necəbitdiyini, böyüdüyünü görmüşəm. Nəyin bahasına olursa-olsun, tamın,bütövün hər iki yarısının arasındakı əlaqənibaşa düşmək lazımdır. Mən danışmağa başladım, amma yəqin ki, sözlərim ona əzabverdi:

-Qoy, həmin vaxt nə baş verdiyini mən sənədanışım. Sənin yanına elçi gəlir. Sən huşsuz halda ayağa qalxıb, qaranlıqdaonun dalınca gedirsən. Sonra zülmət dağılır və sən bir qəsr görürsən. Onuniçində gah işıqlar yanır, gah da sönür. Elçinin dalınca gedərək qəfil mahnı vərəqs sədaları eşidirsən. Elə bil bu zülmətin içində kimsə toy-büsat qurub. Qəsrinqapısı açılır və sən bir-birinin ardınca aydın işıqlandırılmış böyük bir zalaçatana qədər çoxsaylı dəhlizlərdən keçirsən. Zalın ortasında iki sifətdə biradam oturub. O səni gülər üzlə qarşılayıb deyir: "Xoş gəlmisən, Ət-Türeyfi ibnBəkri. Lütfən, Vad Həmidin yeni rəhbəri”. O səni özünün sağında, ola bilsin,solunda oturdur və sənə çaxır gətirirlər.

Ayılanda Qadınları Yemləyən Səidin sübhazanını eşidirsən. Onun səsi keçmiş sevinc və kədər hisslərini canlandıraraq sənivaleh edir. Sən hansı gün – dünən, bu gün, sabah olduğunu bilmədən, səhərinalatoranlığında hara getdiyinin fərqində olmadan yola düşürsən. Sən heç bir səbəbsiz,dəvətsiz bir yerə toplaşmış və sanki səni gözləyən insanları görürsən. Sən şərqarışan vaxtı qəbirin ətrafına yığışmış adamları və günortaya xeyli qalmış şəhərinmərkəzindəki böyük akasiyanın altında qaynaşan kütləni xatırlayırsan. Sən sankiözün, atan, baban doğulmamışdan neçə nəsil əvvəlki ilk səhəri görürsən. Adamlarnə axtardıqlarını bilmədən ora-bura gedib-gəlirdilər. Səninlə Bəndər şah eynivaxta həm xaosun mərkəzində, həm də fövqündə dayanaraq əlinizdə onun ipinitutmusunuz.

Qəribə bir ziyafət var idi. Sən camaatlabirlikdə ağlayırsan. Pəncərənin qarşısında gah hardasa itib-batan, gah yenidənpeyda olan naməlum adam durub. O vaxt mən soruşmuşdum: "Siz burda dayanan adamıgördünüz?” Bəzi adamlar "hə” dedi, sən "yox” dedin. Hə, indi xatırlayırsan?

Biz xeyli susduq. Sifətinin ifadəsi gahbir yerə toplaşan, gah dağılan buludların gəzişdiyi göy üzü kimi anbaan dəyişirdi.Gülə-gülə ona dedim ki, sənə güzəştə gedirəm, çünki Məryəmin oğlusan. Gözlədiyimkimi o da güldü.

Məndedim:

-İndi sənin sualına cavab verim. Mənimbütün bu məsələlərə münasibətim mürəkkəbdir.

O yenidən, demək olar ki, əvvəlkiƏt-Türeyfi oldu. Saatına baxıb getmək üçün ayağa durdu. Mən bir daha onunla Məhcubarasındakı qeyri-adi oxşarlığa valeh oldum. Oturuş-duruş, gülüş, gözlərin ifadəsi,jestlər – hamısı eyniydi. Anasından əxz edilmiş heç nə yox idi. Ət-Türeyfi məniöz düşərgəsinə qoşulmağa dəvət etmək üçün gəlmişdi. Bu ona müyəssər olmadı.Ancaq yəqin ki, mənim kimi o da nəsəanladı. Qapıya tərəf gedərkən dedi:

-Qoy, mən də sənə cavab verim. Həmin səhərmənim gözümə həqiqətən nəsə görünmüşdü. Amma heç də sənin təsvir elədiyin kimiyox.