adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Mart 2020 14:29
32520
MARAQLI

Bələyindən kəfən tikən dünyadı

Qərb mətbuatında əfsanəvi boksçu Mayk Taysonun 136kiloqram çəkidə olan böyük qızı Miki Lorna ilə ailə quracaq kişiyə 10 milyondollar ödəyəcəyi haqda xəbərlər yayılıb.

Xəbəri görən kimi istədim Taysonun qızına elçi düşüm,gördüm ki, Tayson açıqlama verib ki, bunlar hamısı uydurmalardır. Bu yalan şayiələri yayanları tapıbhamısını nokaut edəcəm. Qızım gözəl insanla qurduğu yeni münasibətindəxoşbəxtdir. Yəni ki, sən onu maraqlandırmırsan.

Sındı qol-qanadım yanıma düşdü...

Təkcə mənim qol-qanadım sınmayıb ki

Koronavirus bu qədər adamlayanaşı məşhurların da qol-qanadını sındırıb yanına salıb.

İtaliyanınLombardiya regionunun prezidenti Attilio Fontana koronavirusla bağlı iki həftəkarantində qalacaq.

Dünya şöhrətliaktyor Ceki Çan koronavirusa görə karantinaya alınıb.

Ceki Çanlaeyni məclisdə iştirak edən aktyor Alan Tamb, Aleks Fonq və rejissor Erik Çankda koronavirusa görə karantinaya alınıb.

İrandaprezident Həsən Ruhaninin köməkçisi Məsumə İbtikat koronavirusa yoluxub.

İranlıdeputat Mahmud Sadiqi kokonavirusa yoluxub.

MonqolustanPrezidenti Xaltmaaqiin Battulqa bir günlük Çin səfərindən qayıtdıqdan sonra ölkəsindəkarantinə alınıb.

MonqolustanXİN rəhbəri Damdin Tsogtbatar da prezidentlə birgə Çində səfərdə olduğu üçün oda karantinə alınıb.

İranparlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri MojtabaZonnur yeni koronavirusa yoluxub.

İran səhiyyənazirinin müavini İrac Harirçi koronavirusa yoluxub.

Heç çəyirtkələr də dinc dayanmır

Pakistana kütləvi çəyirtkə hücumu baş verib.

Çin Pakistana çəyirtkələrə qarşı mübarizə üçün 100 000 ördək göndərəcək.

Çinin Kənd Təsərrüfatı Akademiyasının tədqiqatçısı Lui Lizhi belə deyib.

O, Pakistanda bir universitetlə bu barədə razılığa gəldiklərini bildirib.

Onların gəldiyi qərara görə, ördəklər "bioloji silah” və həşəratdərmanından daha effektli olacaq.

Lizhibir ördəyin gün ərzində 200-dən çox çəyirtkə yediyini deyib.

Çəyirtkə axını Şərqi Afrikadan Cənubi Asiyaya doğru yayılaraq bu ərazidəkiölkələrin təsərrüfatına zərər vurur.

Koronavirus təkcə bəla yox, sevgili də gətirir

Çindən olan bir tibb bacısı ölkə rəhbərliyindən koronavirusa qarşı mübarizəsinəmükafat olaraq, ona sevgili tapmağı xahiş edib.

30 yaşlı tibb bacısı Tyan Fanfan Çinin Hubey əyalətinin Uhan şəhərinəkoronaviruslu xəstələr olan müvəqqəti tibb müəssisəsində işləmək üçün gəlib.

Sosial şəbəkələrdə qoruyucu geyimdə fotosunu paylaşan Fanfan əlində tutduğukağızda əməyi müqabilində ona ucaboy sevgili tapmalarını istəyib.

O, eyni zamanda qeyd edib ki, sevgili ona gələcəkdə lazım olacaq, hazırdaisə koronavirusla mübarizədə xəstələrə kömək etməyə və işinin öhdəsindənlayiqincə gəlməyə çalışır.