"Bələdiyyələrin ixtiyarına buraxsaq, hərə özünə bir ştat cədvəli quracaq" - Komitə sədri
"Dövlət büdcəsinin müzakirəsi zamanı bu məsələni qaldırmalıyıq ki, bələdiyyələrin borcları silinsin və onlar bu fəaliyyətə sıfırdan başlasınlar. Orada böyük bir vəsait yoxdur".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, bu, nəzərə alına bilər və bunu həll etmək olar: "Digər məsələ struktur məsələsidir. Bələdiyyələrdə üst qurum yoxdur. Ona görə də bu səlahiyyətlər artıq Milli Məclisə verilib. Ona görə gərək onların nümunəvi ştat cədvəlini hazırlayaq, qanun tətbiq edək və verək. Çünki hər bələdiyyənin ixtiyarına buraxsan, hərə özünə uyğun bir ştat cədvəli quracaq".
Digər Xəbərlər
29 Noyabr 2026 00:07
Azərbaycanla bəzi məsələlər üzrə mövqelərimizi uzlaşdırmalıyıq - Kobaxidze
29 Noyabr 2026 00:02
“Müxalifət Azərbaycanla sülhə “son maneə”dir” - Paşinyan
28 Noyabr 2026 12:11
"Biz dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" - Prezident
28 Noyabr 2026 12:06


Bakı -°C

