Bələdiyyələrin 9720 ha torpaq sahəsini qanunsuz ayırdığı aşkarlanıb
İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 9720 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
Adalet.az xəbər verir ki, bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə qeyd olunub.
Nəticədə 9686 ha torpaq sahəsinin icarəyə, 34 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.
İl ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib. Nəticədə 3376 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.
"Elektron icra" informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən 2024-cü il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 11290 inzibati akt (2023-cü il ərzində 5585) icra məmurları tərəfindən icraata qəbul olunmuş və icraatda qalıqla birgə 16785 inzibati akt olub. Onlardan 6669 aktın (2023-cü il ərzində 7523) icrası təmin edilib.
Digər Xəbərlər
14 Mart 2026 12:41
Bazar günü hava necə olacaq?
14 Mart 2026 12:27
Bakıda genişmiqyaslı təmizlik işləri aparılıb, küçələr yuyulub - FOTOLAR
14 Mart 2026 12:15
Xocavəndin bu kəndinə ilk köç yola salındı
13 Mart 2026 17:46
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13 Mart 2026 13:59
Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb
13 Mart 2026 12:55
Azərbaycan bu xəstəlikdən azad ölkə statusu aldı
13 Mart 2026 12:19
Bakıda sökülən bu evlərə fərqli kompensasiya verilməsi təklif olunur
13 Mart 2026 11:57


Bakı -°C

