adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Dekabr 2014 16:40
2069
GÜNDƏM

Bələdiyyə seçkilərində 8 partiya təmsil olunacaq

Sabah bələdiyyə seçkiləri 5015 məntəqədə keçiriləcək. Bu məntəqələrin128-i müvəqqəti yaradılmış məntəqələrdir. Bu barədə bu gün keçirdiyi mətbuat konfransında MərkəziSeçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

O qeyd edib ki, 37 077 nəfər bələdiyyə üzvlüyünə namizədlər var.Seçkilərdə 8 siyasi partiya - YAP, VHP, Ümid, ASDP, MDHP, ADİP, BQP və AVP bələdiyyəseçkilərində partiya kimi namizədləri ilə iştirak edəcəklər. Partiya mənsubiyyətinəzərə alınsa, ümumiyyətlə, 30 partiyanın üzvləri seçkilərdə iştirak edirlər.

Qeyd edək ki, 2014-cü il dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyəkeçiriləcək. Bələdiyyə seçkilərində 15035 bələdiyyə üzvü seçiləcək. Seçki Məcəlləsinin8.2. maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə işgünü hesab olunmur. Seçki Məcəlləsinin bu tələbinə əsasən, dekabrın 23-də Azərbaycanərazisində qeyri-iş günü olacaq.