adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Aprel 2014 19:40
11213
GÜNDƏM

Belə xəbərlər təslimçilik ruhu aşılayır yoxsa qisas? - Sorğu

Mətbuatda erməni KİV-nə istinadən  müxtəlifməlumatlar yayılır. Yayılan məlumatların böyük əksəriyyəti işğal altında olan ərazilərdəhəyata keçirilən tikinti-quruculuq işləri ilə bağlıdır. Son məlumatlara görə,ermənilər Zəngilanın Aptek Evini yenidən istifadəyə veriblər.


İşğal olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə bağlı ErmənistanKİV-nin yaydığı məlumatlarn Azərbaycan mediasında yayılması nə dərəcədədüzgündür? Beləinformasiyalar cəmiyyətin ruhuna necə təsir göstərir? Songünlər ermənilərin Zəngilanda necə rahat yaşadıqlarını, istirahət etdiklərini,bizə məxsus bir sıra obyektlərin açılışlarını həyata keçirdiklərini özündə əksetdirən şəkillər yayılır. Sizcə bu görüntülər işğala məruz qalan azərbaycanlılarınpsixologiyasında təslimçilik ruhu aşılayır yoxsa qisas

Adalet.az bu sualları tanınmış media rəhbərlərinə ünvanlayıb. Sorğudapsixoloqun da münasibəti yer alıb.   


"İctimai əhəmiyyət kəsb edən istənilən xəbəryayımlanmalıdır”

APA Holdinqin prezidenti Vüsalə Mahirqızı:

-Media ictimai əhəmiyyət kəsb edənistənilən xəbəri yayımlamalıdır. Lakin xəbəri yayımlayarkən onun təqdimatformasını seçmək hüququ da medianın özünə, onun informasiya siyasətinə aiddir. Qeyd etdiyiniz xəbəri Azərbaycanınişğal olunmuş və beynəlxalq birlik tərəfindən faktiki işğal faktının tanındığı ərazilərdəermənilərin qeyri-qanuni məskunlaşması kimi təqdim etmək, həmin ərazilərdəki qədimAzərbaycan abidələrinin dağıdılması, o ərazilərə məxsus memarlıq üslubunun məhvedilməsi kimi təqdim etmək mümkündür və hətta vacibdir. Çünki əslində həqiqət dəbudur. Amma əlbəttə Azərbaycanın hansısa media qurumu bunu ermənilərin uğuru vəya inkişafı kimi təqdim edirsə, mən bunu pisləyirəm və bunu təkcə millimaraqlara qarşı çıxmaq yox, elə həm də reallıqları təhrif etmək baxımındanqeyri - peşəkarlıq hesab edirəm.

 

"Qulağımızıtıxayıb, gözümüzü yummaqla heç nə olmaz”

Müsavat.com saytının baş redaktoruXalid Kazımlı:

-Erməni KİV-ə istinadən xəbər yaymaqdüzgündür. Əgər informasiya varsa, ondan xəbər tutmaq lazımdır. Qulağımızıtıxayıb, gözümüzü yummaqla heç nə olmaz. Bu cür xəbərlər revanh hissini itiləyir,cəsur insanları mübarizəyə səsləyir, qorxaqları, təslimçi ruhda olanları dahada ruhdan salır.

 

"Bəlkəbunu düşmən bilərəkdən bizlərə ötürür...

Psixologiyavə Konsultasiya Mərkəzinin psixoloqu  ElnurRüstəmov:

-Bu cür şəkillərin paylaşmasında xüsusi diqqətli olmaq lazımdı. Çünki,psixologiyamıza bunun mənfi təsirləri ola bilər. Ən azından insanlarda birümidsizlik yarada bilər ki, artıq orada düşmənlərimiz rahat bir şəkildə həyatlarınadavam edirlər, infrastrukturlar yaradırlar. Bəlkə bunu düşmən bilərəkdən bizlərəötürür. Bunu qəti şəkildə söyləmək də çətindi. Qarabağ bizim hər birimizinatrılmaz tərkib hissəsidi. Yaxşı olardı ki, Qarabağ torpaqları ilə bağlı bizimorada yaşadığımız dönəmləri əks etdirən çəkillər paylaşılsın. Məscidlər, iaşəyerləri, babalarımızın məzarları və s bu istiqamətdə paylaşımların olmasıdüşünürəm daha effektli olardı və insanlarımızda düşmənə qarşı daha sərt mövqedədayanmağa təsirini göstərərdi.  Biz hələki, müharibə şəraitində yaşayırıq. İnsanlarda torpaqlarımızı geri qaytarmaqistiqamətində mənəvi güc daim qorunub saxlanmalıdır. Hər bir vətəndaş da buistiqamətdə əlindən gələni əsirgəməməlidir. KİV də bu istiqamətdə xüsusi diqqətliolmalıdır. İnformasiyanın doğru bir formada çatdırılması vacib məqamdı.  


Sübhan Mahmudlu