Belaruslu nazirin ölümülə bağlı YENİ DETALLAR

Belarus mediası noyabrın 26-sı qəfil dünyasını dəyişən ölkənin XİN rəhbəri Vladimir Makeyin ölüm səbəbini açıqlayıb.
Adalet.az xəbər verir ki, “Naşa Niva” nəşri 64 yaşlı diplomatın infarktdan vəfat etdiyini iddia edir.
“Vladimir Makey infarkt keçirdikdə Drozdıda evində olub”, - deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilir ki, Makey səhhətinə ciddi yanaşmadığından vaxtında həkimlərə müraciət etməyib.
Bununla belə, Belarus rəhbərliyi XİN rəhbərinin qəfil dünyasını dəyişməsi ilə bağlı hələ ki açıqlama yaymayıb. Hadisədən sonra media və sosial şəbəkələrdə diplomatın qəfil ölümünün cinayət tərkibli olması barədə şayiələr yayılıb. Belə ki, bəzi iddialara görə, Makeyi zəhərləyə bilərdilər. Rusiyada analitiklərin fikrincə, burada Qərbin əli ola bilər. Ukrayna mediası isə Makeyin ölümünün ölkə Prezidenti Aleksandr Lukaşenkoya “son xəbərdarlıq” ola biləcəyini iddia edir və hadisədə Rusiyanı təqsirləndirir.
Qeyd edək ki, V.Makey 2012-ci ildən Bearusun XİN rəhbəri vəzifəsini icra edib.
Digər Xəbərlər

Qəzza zolağı üçün beynəlxalq hərbi kontingentə bu ölkə rəhbərlik edəcək

Bu ölkədə matəm elan olundu

Orbandan Tramp-Putin sammiti ilə bağlı açıqlama

"Türkiyə ilə çox yaxşı dialoqumuz var" - Mirzoyan

“Trampın fikrincə, Rusiya neft və qazını sata bilməsə, müharibəni...”

"ABŞ-nin köməyi ilə bu müharibəni dayandıra bilərik" - Zelenski

Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - VİDEO + YENİLƏNİB
