adalet.az header logo
  • Bakı -°C
03 Iyun 2026 08:01
59
DÜNYA
A- A+

Bəhreyndəki ABŞ qərargahını hədəfə aldılar

İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini açıqlayıb.

Adalet.az-ın xəbərinə görə, İnqilab Keşikçilərinin yaydığı bəyanatda bildirilir ki, hücum ABŞ-nin İranın Qəşm adasına endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.

Açıqlamada qeyd olunub ki, hadisələr ABŞ-nin gecə saatlarında Hörmüz boğazı yaxınlığında İran neft tankerinə raket hücumu etməsi ilə başlayıb. Bunun ardınca ABŞ və İsraillə əlaqəli “Panaya” gəmisinin İran hərbi dəniz qüvvələri tərəfindən raketlərlə hədəfə alındığı bildirilib.

İnqilab Keşikçilərinin məlumatına görə, daha sonra ABŞ adanın cənubunda yerləşən rabitə qülləsinə hava zərbəsi endirib. Buna cavab olaraq İran qüvvələri regiondakı ABŞ hərbi obyektlərinə, o cümlədən Bəhreyndəki Beşinci Donanmanın qərargahına raket və PUA hücumları həyata keçirib: “Biz əvvəllər xəbərdarlıq etmişdik ki, hər hansı təcavüzə daha sərt və fərqli cavab veriləcək. Bu xəbərdarlığımıza uyğun şəkildə hərəkət etdik. Hörmüz boğazının təhlükəsizliyinin pozulması təcavüzkar ABŞ ordusu üçün ağır nəticələr doğuracaq”.

Qeyd edək ki, bundan əvvəl İran mediası Hörmüz boğazı yaxınlığında yerləşən Qeşm adasında partlayış səslərinin eşidildiyini xəbər vermişdi. Ardınca Küveyt ordusu da ölkə ərazisinin raket və pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını açıqlamışdı.