adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Dekabr 2017 17:13
30612
ƏDƏBİYYAT

Bədii ədəbiyyatda ən pis seks təsviri müəyyənləşdi

Bədii ədəbiyyatdasevişmə səhnələrini təsvir etmək yazıçıdan xüsusi ustalıq tələb edir. Bəlkə dədeməklə asan gəlir, çünki sevişmə təxəyyül deyil, real səhnədir və ali həzz hərkəsin (?) yaşadığı bir hissdir. Amma onu qələmlə təsvir etmək onu yaşamaq qədərasan olmaya bilər. Çox təhlükəli bir təsvirdir – ya erotikanın estetikasınıyaradacaqsan, ya da çirkin təxəyyülün ürəkbulandırıcı görünüşü sözlərlə çimçəşdirəcək.Üstəlik, gülüş hədəfinə çevrilmək də var, tənqidçilər əsərin bu hissəsini əllərindəbayraq eləyib hələ bir anti-mükafat da təqdim edə bilərlər.

Necə ki,"The Guardian” qəzetinin keçirdiyi illik dəyərləndirmə kimi. Bədii ədəbiyyatda ənpis seks təsviri müəyyənləşərək anti-mükafat təyin olunub. Bu ilin ən pis sekstəsvirinə görə ("Dağıdıcılar” (The Destroyers) əsəri) yazıçı Kristofer Bollenmükafatlandırılıb.

Qeyd edəkki, K.Bollen Nyu-Yorkun tanınmış "İntervyu” qəzetinin redaktorudur."Dağıdıcılar” onun 3-cü kitabıdır.

"The Guardian”ın qısa siyahısına isə aşağıdakıəsərlər daxil edilib:

1. Kristofer Boll – "Dağıdıcılar” (The Destroyers),

2. LoranBin – "Dilin 7-ci funksiyası” (The 7thFunction of Language),

3. VeneşiyaVelbe – "Qaranlığın anası” (Mother ofDarkness),

4. NeylQriffits – "Tanrı kimi ola bilər” ( As A God Might Be),

5. CaretKobeko – "Gələcək uzun çəkməyəcək” (The Future Will not Be Long),

6. UilburtSmit və Dervid Çörçil – "Müharibə harayı” (War Cry),

7.Saymon Ro – "Yenə əzablar başladı” (Here Comes Trouble).

Bumükafatın niyə təsis olunduğunu, oxucu və münsiflərin niyə belə qıcıqlandığınımaraq edənlər üçün "Müharibə harayı”ndakı sevişmə səhnəsindən bir parça verək:

"İndi səninləyatacam”, – deyə Leon qadının əlindən tutub kimsəsiz çimərliyə gətirdi.Qumluğun quru olduğu yerə paltosunu çıxarıb ataraq qadını ora uzatdı.

– İlahi!– Leon özünü qadının üstünə yıxanda mızıldandı, – Hava necə soyuqdu? Penisimdonub buz kəsəcək...

Qadınxımır-xımır gülərək dedi:

– Axmaq!Daha niyə dondurursan ki, tez onu isti yuvaya sox!”

Yazıçıbu təsvirə görə ölkədən qovulmadığına şükr edə bilər.


Şəfiqə ŞƏFA