“Bazarstore” qanvermə aksiyası keçirib - FOTOLAR
Sosial məsuliyyət strategiyası çərçivəsində “Bazarstore” marketlər şəbəkəsinin baş ofisində Səhiyyə Nazirliyi Respublika Qan Bankının tərəfdaşlığı ilə növbəti qanvermə aksiyası həyata keçirilib.
Adalet.az xəbər verir ki, aksiya talassemiya xəstəliyindən əziyyət çəkən azyaşlıların müalicəsinə dəstək olmaq məqsədi daşıyıb.
Könüllülük prinsipi əsasında təşkil edilən qanvermə aksiyasında “Bazarstore”un 50-yə yaxın əməkdaşı iştirak edib. Aksiya zamanı toplanan qan ehtiyatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qan Bankına təhvil verilib.
Qanvermə prosesindən öncə hər bir donorun sağlamlıq vəziyyəti peşəkar həkim-hematoloqlar tərəfindən diqqətlə yoxlanılıb, zəruri tibbi müayinələr aparıldıqdan sonra qan götürülüb. Toplanan qan ehtiyatları laborator müayinələrdən keçirildikdən sonra talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.
“Bazarstore” rəhbərliyi bu kimi humanitar təşəbbüslərin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, gələcəkdə də sağlamlığın qorunması və ehtiyacı olan şəxslərə dəstək yönümlü sosial layihələrin davam etdiriləcəyini bildirib.
Digər Xəbərlər
02 Aprel 2026 11:05
Arıqlamanın gizli formulu ortaya çıxdı
02 Aprel 2026 08:21
TƏBİB-in planlama sahəsində baş verənlər artıq təsadüfi səhv yox, sistemli problem kimi qiymətləndirilir
01 Aprel 2026 13:51
Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR
01 Aprel 2026 10:14


Bakı -°C

