adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Iyun 2017 15:03
7494
DÜNYA

Bazara tək getidiyi üçün başını kəsdilər

30 yaşlı qadın təkbaşına bazara getdiyi üçün qətlə yetirilib. Qatillər tutulub.

Milli.Az TOLO-ya istinadən bildirir ki, faciə Əfqanıstanın şimalındakı Sare Pul bölgəsindəki Latti kəndində yaşanıb.

Vilayətin qubernatoru Zəbullah Əmaninin dediyinə görə, qadının əri hazırda İrandadır.

"Qadının əri fəhlədir və İranda tikintidə işləyir. 30 yaşlı qadın da "ərindən icazəsiz bazara getmək"də suçlanaraq qətlə yetirilib. Bu qadın ailəsini əvvəlcədən xəbərdar etməməkdə və kişi qohumlarındanicazə almamaqda "suçlanıb". Qətldə şübhəli bilinən iki şəxsi tutulub", - Z.Əmani deyib.

Onun sözlərinə görə, qadının başını AK-47 avtomatının süngüsü ilə kəsiblər.