Baytarlıq idarələri özəlləşdiriləcək
Azərbaycanda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə icazə veriləcək.
Adalet.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü iclasında "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişikliklər müzakirə olunub.
Dəyişiklik barədə məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, hazırkı qanuna görə, baytarlıq xidmətləri orqanları özəlləşdirilməsi qadağan olunan dövlət mülkiyyətində saxlanılan dövlət əmlaklarıdır. Yeni layihədə isə baytarlıq xidməti orqanları özəlləşdirilməsi qadağan olunan dövlət əmlaklarının siyahısından çıxarılıb.
Qanuna edilən dəyişikliklərdə məqsəd "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2014-cü il 16 aprel tarixli fərmanının müvafiq bəndinin icarısını təmin etməkdir.
Fərmanda qeyd edilir ki, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə yol verilməsi ilə bağlı təkliflər hazırlansın.
Digər Xəbərlər
02 May 2024 16:33
Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
02 May 2024 16:08Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları
02 May 2024 16:04Aqiyə Naxçıvanlı: “Azərbaycanın təcrübəsi bir çox ölkələrdə mədəniyyətlərarası dialoqun qurulması və qorunması məqsədilə istifadə edilə bilər”
02 May 2024 16:02Prezident SƏRƏNCAM İMZALADI: Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
02 May 2024 13:32