Bayramov: "Biz olmayan yerdə də Türkiyə var "
Torpaqlarımızı işğaldan azad edən zaman Türkiyənin ölkəmizə verdiyi siyasi və diplomatik dəstək təkcə qardaşlıq münasibətlərimizin təzahürü deyil, həm də Türkiyənin haqqın, hüququn, ədalətin yanında olmasıdır.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Bütün beynəlxalq təzyiq və təhdidlərə baxmayaraq, Türkiyə diplomatları bütün platformalarda azərbaycanlı həmkarları ilə çiyin-çiyinə çalışıb və haqq sözümüzün eşidilməsi üçün var gücləri ilə mübarizə aparıblar”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri əlavə edib.
“Azərbaycanın Türkiyənin olmadığı platformalarda etdikləri kimi, qardaş Türkiyənin diplomatları da bunu bizim olmadığımız yerdə həyata keçirirlər ki, səsimiz, sözümüz eşidilsin”, - C.Bayramov vurğulayıb.
Xarici işlər naziri Türkiyə-Azərbaycan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.
Azərbaycanın XİN rəhbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, habelə Türkiyə diplomatlarına təşəkkür edib.
“Bundan sonra birlikdə səmərəli fəaliyyətimizin uğurunu yaşamağı arzu edirik”, - nazir əlavə edib.
Digər Xəbərlər
15 Noyabr 2025 16:02
Onlar haqqında danışanda Leyla xanım ağladı... - VİDEO
15 Noyabr 2025 12:44
Yol Polisi: Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyəti kəskin zəiflədir
15 Noyabr 2025 09:39
Azərbaycanda bu gündən istilik mövsümü başlayır
14 Noyabr 2025 18:46
Yollar dumanlı olanda ...
14 Noyabr 2025 17:37
Ukraynadakı səfirliyimizin əməkdaşları təxliyə ediləcək? - RƏSMİ
14 Noyabr 2025 17:29
Azərbaycanda işsizlərin sayı açıqlandı
14 Noyabr 2025 16:11
DİN və AQTA birgə əməliyyat keçirdi - 2 tona yaxın yararsız ət aşkarlandı - VİDEO
14 Noyabr 2025 14:17


Bakı -°C

