Bayram günü terror törədilə bilər - ABŞ xəbərdarlıq edir
ABŞ Dövlət Departamenti İspaniyadakı Kataloniya muxtariyyətinin paytaxtı olan Barselonada Milad və Yeni İl bayramlarında terror aktlarının törədilə biləcəyi barədə xəbərdarlıq edib.
Adalet.az xəbər verir ki, ABŞ-ın xaricdəki vətəndaşlarına ünvanlanan xəbərdarlıq Dövlət Departamentinin "Tvitter"dəki rəsmi səhifəsində yerləşdirilib.
Qeyd olunub ki, yaxınlaşan bayram günlərində Barselonada, xüsusən də Rambla küçəsində terakt baş verə bilər.
ABŞ Dövlət Departamenti bununla əlaqədar xaricdəki amerikalıları nəqliyyatın sıx hərəkət zonalarında ehtiyatlı olmağa çağırıb. Vurğulanıb ki, terrorçular turistik məkanları və nəqliyyat qovşaqlarını hədəfə alaraq qəfildən hücum edə bilərlər.
Digər Xəbərlər
30 Aprel 2024 15:56
Navalnı dünya tarixinin böyük qəhrəmanıdır - Saakaşvili
30 Aprel 2024 15:14Macarıstan Ermənistana 10 milyon avroluq yardımı blokladı
30 Aprel 2024 14:21Kobaxidze: "Ölkə prezidenti vətən xainidirdır"
30 Aprel 2024 14:15Yeni konstitusiyanın qəbulu barədə son qərarı TBMM verəcək
30 Aprel 2024 12:01