Bayden Çinlə münasibətləri gərginləşdirir
ABŞ prezidenti Co Bayden bu gün bəyan edib ki, Çin Tayvana hərbi müdaxilə edəcəyi təqdirdə ABŞ hərbi qüvvələri kömək etməyə hazırdır.
"Biz Tayvanda sülhü və təhlükəsizliyi təmin etməyə və status-kvonun birtərəfli qaydada dəyişməsinə imkan verməməyə hazırıq"- deyə Ağ Evin rəhbəri Yaponiyanın baş naziri Fumio Kisida ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
ABŞ prezidentinin sözlərinə görə, onlar adaya hərbi müdaxilə olacağı təqdirdə onlara hərbi dəstək verəcəklərini bildirib.The Timess qəzetinin yazdığına görə, ABŞ prezidentinin adminisyrasiyası Çin Xalq Respublikası ilə münaqişə vəziyyətində olan Tayvan hökumətinə lazım olan silah sifarişlərini təmin etməyə məcbur edir.
Çinin CGTN portalı, NATO-nun Sakit okeanın Asiya hissısində vəziyyəti gərginləşdirməyə cəhd etməsi barədə xəbərdarlıq edib. Qəzetin yazdığına görə, "ABŞ sülh və təhlükəsizliklə bağrı hay-küy qaldırır və eyni zamanda başqa ölkəri bombalayır".
Financial Timessin mənbələrinə əsasən verdiyi məlumatda, mart ayının axırlarında Vaşinqton və London arasında keçirilən danışıqlar zamanın Tayvana qsrşı Çin təhlükəsi məsələsi müzakirə edilib. Danışıqlarda ÇXR-sı ilə müharibə variantı risklərin minimuma endirilməsi müzakirə olunub.
ÇXR-nın xarici işlər naziri Çjao Litzyan bəyan edib ki, amerikan hakimiyyəti Tayvanla rəsmi əlaqələrini kəsməlidir. Bu "təkcə Çin" prinsiplərinə uyğun deyil.
Hazırda Tayvan məsələsi Vaşinqtonla Pekin arasında ikitərəfli münasibətlərin ən incə nöqtəsidir. ÇXR-sı ilə ada arasında münasibətlər rəsmi olaraq 1949-cu ildən pozulub. Həmin vaxt Çin kommunist partiyası ilə münasibətlər pozulan Çan Kayşinin rəhbərliyi ilə Qomindana qüvvələri Tayvana yrləşməyə məcbur olmuşdu. Tayvanla Çin arasında münasibətlər 1980-ci illərin sonlarında bərpa olunmuşdur. ABŞ hələ o vaxtdan Tayvan hökumətini dəstəkləyir və onun hərbi gəmiləri vaxt-aşırı Tayvan boğazına gəlməkdə davam edir.
Rüstəm Hacıyev
Digər Xəbərlər
06 Oktyabr 2026 00:12
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
05 Oktyabr 2026 23:00
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
05 Oktyabr 2026 22:32
Pezeşkianla Mirzoyan TRIPP layihəsini müzakirə ediblər
05 Oktyabr 2026 20:35
Ağ Evin keçmiş mətbuat katibinə yeni vəzifə verildi
05 Oktyabr 2026 20:24
Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib
05 Oktyabr 2026 20:12
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
05 Oktyabr 2026 19:49
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
05 Oktyabr 2026 19:33


Bakı -°C

