adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Mart 2020 10:47
35706
GÜNDƏM

"Baxın bu Natəvan zarə, günü bəxti kimi qarə..." - Hədəf yenə “qara bəxt” Natəvan...

Allahın möcüzəli işləri çoxdu. Lütfü də, bəxşişi də,vergisi də danılmazdı. Bəzən fərdlərlə yanaşı xalqlara da, dövlətlərə dəmisilsiz nemətlər, bəxşişlər, lütflər verməklə yanaşı, çarəsiz dərdlərdə verir.Desəm ki, Allah Azərbaycan xalqını sevə-sevə xəlq edib, təəccüb etməyin, Bəli,sevə-sevə bizi böyük bir xalq edib, sevə-sevə bizi dövlət edib. 

Dövlətlər cərgəsinəqoşub.Yeraltı, yerüstü sərvətlər, cənnəti andıram yurdlar, yaradıcı, saf, mərdinsanlar Allahın bizlərə lütfüdür. Amma, hələ də anlaya bilmirəm ki, hansıgünahımız ucbatından erməni kimi xisləti çaqqallıq olan bir məxluqlarla qonşuolmaq məcburiyyətində qalmışıq? Hələ də, anlamış deyiləm! Ermənilər haqqındauzun-uzadı danışıb onların əməllərini yenidən sadalamağa ehtiyac görmürəm, Zatəngözümüz açılan gündən (Müstəqilliyimizi əldə edən vaxtdan) ermənilər əməlləriilə , yalnız özlərinə məxsus xislətləri ilə hər nələri var ortaya qoya biliblər.Bu, mənfurlar özgə yurdlarını işğal edib, özlərinə xaniman yaradıblar. Dövlətqurublar. Bu zalımlar, qadına, uşağa, qocaya qarşı amansızdırlar, əllərinə keçirdikləribütün köməksiz insanları anında öldürülər, dərisini soyurlar, başını kəsirlər,dəmir borulara yığıb hər iki tərəfdən bağlayırlar, mismarla divaramismarlayırlar. Bu qansızlar təbiətimizə də zərbə vurular. Metsamor AtomElektrik stansiyasının reaktiv axıntılarını Oxçu çaya, eyni tip tullantımaterialları isə işğal etdikləri Qarabağa- Qubadlıya daşıyıb tökürlər. Meşələridoğrayıb Avropanın böyük zavod və fabriklərinə satırlar. Zəngin qızılyataqlarını tar-mar edib, himayəçilərinə təmənnasız paylayırlar. Tariximizə-keçmişimizə işıq salan, maddi-mədəniyyət nümunələri olan abidələri yerlə-yeksan edirlər. Dağıda bilmədiklərinə isə güllə atırlar, təhqir edirlər,vandal olduqlarını o abidələrin üzərində təsdiq edirlər...O qədər belə abidələrimizvar ki, saymaqla qurtarmaz...Bu gün mövzum onlar deyil, bu gün mövzum, Azərbaycanıngörkəmli şairə-qadını

Xurşudbanu Natəvan...


Yəqin ki,unutmamısınız, erməni işğalçıları Şuşada dahi bəstəkar Üzeyir Hacıbəyovun,Bülbülün və xan qızı Natəvanın büstlərini güllələmişdi. Mənfur düşmənin cansızheykəllərə də güllə atması bütün dünyada nadir rast gəlinən vandalizm nümunəsikimi qəbul edilmişdi. Natəvanın da abidəsi, qeyd etdiyimiz kimi, ermənilər tərəfindəngülləylə deşik-deşik edilmiş, dəmir tullantısı kimi Gürcüstana satılmışdı. Azərbaycantərəfi abidəni Gürcüstandan alıb bir neçə il bundan əvvəl Bakıya gətizdirmişdir.Əsər Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın əməkdar rəssamı NamiqDadaşovun əməyi sayəsində araya-ərsəyə gəlmişdi. Şuşada tuncdan qoyulan bubüst, Qarabağın işğalından sonra ermənilər tərəfindən gülləbaran edilir.Haazırda isə heykəllər Dövlət İncəsənət Muzeyinin həyətində saxlanılır. Növbətierməni zərbəsi 2016-cı il fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə BelçikaKrallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsi ucaldıldı. Abidəninmüəllifi heykəltəraş İmran Mehdiyev oldu. Vaterloda bir kitabxananın yanındaXan qızının xatirəsinə qoyulmulş həmin abidə erməni vandallar tərəfindən bu dəfəgüllələnməkdən də pis münasibətə məruz qaldı. Abidənin üstünə rəng tökülərək təhqirolundu. Yaşarkən, dünyanın hər acısını dadan, hər əzabına qatlaşan şairə ,haqqa qovuşduqdan sonra da bəxti gülmədi. Qəbri işğalda, xatirəsinə həsr edilmişheykəllər isə hədəfdə. Lap Qarabağ kimi...


Yenə, ya rəbb, nə qəmgindir mənim bu şad olankönlüm,

Rümuzi-eşqdənağah olub, ustad olan könlüm.

Görübdüryari əğyarə olubdur məhvi-nəzzarə,

Edibdir sinəsin parə,mənim abad olan könlüm.

Niyə peymanədən keçdin, niyə zəncirdən qaçdın?

Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?

Fəraqinruzi-matəmdir, sərasər möhnəti-qəmdir,

O zülfün kimi dərhəmdir, mənim azad olan könlüm.

Baxın bu Natəvan zarə, günü bəxti kimi qarə,

Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm.


P.S.Görən, "dünyaya ədalət paylayan ” hegemondövlətlər, beynəlxalq təşkilatlar Avropanın göbəyində erməni vandalizmini yenəgörməməzlikdən gələcəklər? Yoxsa, yenə susacaqlar?


Əntiqə Rəşid