adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Aprel 2014 15:10
5115
SİYASƏT

BAXCP viza rejiminə qarşı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası(BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.


Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, BAXCP İdarə Heyəti Azərbaycan hökumətinin İran İslamRespublikası ilə viza rejiminin aradan qaldırılması məqsədilə aparılandanışıqları müsbət qiymətləndirib və danışıqların sürətləndirilməsini vacibsayıb.

 

Partiya hesab edir ki, İranla yanaşı Türkiyə, AvropaBirliyinə daxil olan ölkələr, ABŞ və Kanada ilə də viza rejimi aradanqaldırılmalıdır: "Həmin ölkələrlə viza rejiminin aradan qaldırılmasıAzərbaycanda turizmin inkişafına, eyni zamanda, Azərbaycanın daha da çoxtanıdılmasına kömək göstərər”.

 

İclasın sonunda aprelin 24-də, saat 10:30-da ŞəhidlərXiyabanında xilaskar türk əsgərinin anım gününün qeyd olunması qərara alınıb.