Baş həkim: 10 aylıq körpəni qorumaq mümkün olmadı - YENİLƏNİB
Mingəçevir Şəhər Xəstəxanasının baş həkimi 10 aylıq oğlanın ölümü ilə bağlı açıqlama verib.
Baş həkim Eldar KərimovAPA-nın yerli bürosuna bildirib ki, Ağdaş rayon sakini, 2018-ci il təvəllüdlü Türkel Ələkbərli Ağdaş xəstəxanasından Mingəçevirə gətirilən zaman ölümcül vəziyyətdə olub: "Türkel Ələkbərli dərhal reanimasiya şöbəsinə yerləşdirildi. İlkin müayinələr zamanı onda ağır tənəffüs problemi müəyyən olunmuşdu. Digər problemləri də mövcud idi. Həkimlərimiz uşağı xilas etmək üçün maksimum səy göstərsə də, təəssüf ki, onu qorumaq mümkün olmayıb. Faktla bağlı məhkəmə tibbi ekspertizası aparılır”.
Faktla bağlı araşdırmalar davam edir.
09:05
Ağdaş xəstəxanasından Mingəçevirə gətirilmiş 10 aylıq uşaq ölüb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, yüksək hərarətlə valideynləri tərəfindən Ağdaş rayon xəstəxanasına, oradan da Mingəçevir xəstəxanasına aparılan 10 aylıq Ağdaş rayon sakini Türkel Cavid oğlu həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib. Ölümün əsas səbəbi tam məlum deyil.
Faktla bağlı araşdırmalara başlıanılıb.
Digər Xəbərlər
29 Aprel 2024 17:09
Sabirabadda 28 yaşlı gənci "tok" vurdu
29 Aprel 2024 15:30Minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB
29 Aprel 2024 14:42Vasif Səmədov VƏFAT ETDİ
29 Aprel 2024 13:51Türkiyədə dəhşət: Gəlin və qaynana təndirdə yandı
28 Aprel 2024 21:30