Baş Prokurorluğa yeni səlahiyyət verilir
Baş Prokurorluğa yeni səlahiyyət verilir.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən (Azərbaycan Respublikasının Müdafiə, Müdafiə Sənayesi, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, habelə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2023-cü il tarixli fərmanı ilə müəyyən edilmiş digər dövlət xidmətləri və dövlət agentlikləri) verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən azad edilib. Təklif olunan qanun layihəsinə əsasən, bu səlahiyyətin Baş Prokurorluğa da verilməsi nəzərdə tutulur.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Digər Xəbərlər
27 Dekabr 2025 13:13
"Ədalətli məhkəmə həm də vəkil fəaliyyəti ilə mümkündür" - İnam Kərimov
26 Dekabr 2025 21:00
Ermənilərin məhkəməsində məhkəmə baxışı BAŞA ÇATDI
26 Dekabr 2025 17:11
Orduxan Teymurxan, Qurban Məmmədov və digərlərinə hökm oxundu
26 Dekabr 2025 16:30


Bakı -°C

