Baş nazirdən Bakıda su təchizatına dair Dövlət Proqramı ilə bağlı sərəncam
Bakıda su təchizatına dair Dövlət Proqramının monitorinqinin həyata keçirilməsi proseduru müəyyənləşib.
Adalet.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 12 yanvar tarixli 883 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə” sərəncamında əksini tapıb.
Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları ildə 1 (bir) dəfə, hər il aprelin 30-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticəsi barədə məlumatları 2031-ci və 2036-cı illərin iyulun 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi monitorinqin və qiymətləndirilmənin həyata keçirilməsi məqsədilə Mərkəzə təqdim edilməsi üçün Dövlət Proqramında nəzərdə tutulmuş layihələrin icrası ilə bağlı müvafiq məlumatların “Layihə idarəetməsi” modulunda rübdə bir dəfə, rübdən sonrakı ayın 15-dək, tədbirlər üzrə ilin yekunları barədə məlumatların isə, 2027-ci ildən başlayaraq hər il fevralın 25-dək Modulda yerləşdirilməsini təmin etməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Digər Xəbərlər
27 Yanvar 2026 13:08
Dövlətin dayanıqlılığı və Milli Təhlükəsizliyin təminatında hüquq-hühafizə orqanlarının strateji rolu
27 Yanvar 2026 12:45
Baş prokuror İmişlidə vətəndaşları qəbul edəcək
27 Yanvar 2026 11:48
Azərbaycan hərbçiləri BƏƏ-də beynəlxalq təlimdə iştirak edəcək - FOTOLAR
27 Yanvar 2026 11:45
Karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu - FOTOLAR
27 Yanvar 2026 11:42
“Rusiya-Ukrayna müharibəsində iştirak edən şəxslər şəhid sayıla bilməz”
27 Yanvar 2026 11:29
İlham Əliyev Sumqayıtda açılışda iştirak etdi - FOTOLAR
27 Yanvar 2026 11:23
Nazirlər və komitə sədrləri bu tarixlərdə vətəndaşları qəbul edəcəklər
27 Yanvar 2026 10:24


Bakı -°C

