adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Dekabr 2019 17:31
16097
GÜNDƏM

Bartomeu: Messi ilə bu haqda bir neçə dəfə danışmışam

"Barselona”nın prezidenti Jozep Maria Bartomeu Lionel Messinin klubdakı gələcəyiylə bağlı danışıb.

Adalet.az xəbər verir ki, klub rəhbəri "Mundo Deportivo”ya açıqlamasında kapitanın daha bir neçə il komandada qalacağını deyib:

"Messi ilə bir neçə dəfə danışmışam və uzun müddət komandada qalmaq istədiyini bilirəm. Bizimlə müqaviləsi olduğu üçün hələ "Barselona”da oynayacaq”.

Qeyd edək ki, Messinin Kataloniya klubu ilə sözləşməsi 2021-ci ilin yayına qədərdir.