Bakıya turist kimi gələn İraq vətəndaşlarının qaldığı ev qarət olundu
Bakıda İraq vətəndaşlarının qaldığı ev qarət olunub.
Adalet.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində baş verib.
Bakıya turist kimi gələn İraq vətəndaşı, 1982-ci il təvəllüdlü Qusay Casim Kareem polisə müraciət edərək bildirib ki, mayın 26-da onun yataq otağından masanın üstündən "Samsung" markalı mobil telefon, onunla birlikdə qalan 1988-ci il təvəllüdlü Səfa Hüseyn Kəriminin isə mobil telefonu və şalvarının cibindən 2000 dollar oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02