Bakı-Tbilisi uçuşları bərpa edilir
Oktyabrın 28-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri bərpa edəcəkdir.
Qurumdan verilən məlumata görə, aviareyslər (J2-223/J2-224) baqajın, əl yükünün ödənişsiz daşınması və qidalanma daxil olan klassik daşıma sxemi üzrə həyata keçiriləcək.
Bunun üçün Airbus A319 / A320 tipli hava gəmilərindən istifadə olunacaq. Uçuşlar hər həftənin çərşənbə axşamı və bazar günləri, Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından baş tutacaq.
AZAL-ın klassik reysləri sərnişinlərə milli aviadaşıyıcının marşrut şəbəkəsinə daxil olan digər şəhərlərinə tranzit uçuşları daha rahat planlaşdırmaq imkanı verəcək, həmçinin iş adamlarına adətən aşağıbüdcəli reyslərdə nəzərdə tutulmayan biznes-sinifdə yer əldə etmək imkanı yaradacaq.
Xatırladaq ki, 2017-ci ilin sentyabr ayından bu marşrut üzrə uçuşları yalnız AZAL-ın struktur bölməsi olan "Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən yerinə yetirirdi.
Digər Xəbərlər
27 Aprel 2024 11:01
Terrorçunun aqibəti: Başsız basdırılan yezidi Kərəm Sloyanın doğulma peşmançılığı
26 Aprel 2024 21:15Kəmaləddin Heydərov müşavirə keçirdi
26 Aprel 2024 18:40Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
26 Aprel 2024 18:00Dövlət Komitəsində kollegiya iclası keçirilib
26 Aprel 2024 17:32