Bakı-Quba yolunda təhlükəsizlik sədlərinin təmiri davam etdirilir
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-90-cı kilometrliyində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, təmir işləri bu gün axşam saatlarınadək davam edəcək.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Digər Xəbərlər
02 May 2024 17:40